Bütün xəbərlər
24 nəfərin öldüyü yanan kafenin fotosunu yayımladı
Tarix: 01-01-2026 15:37 | Bölmə: Cəmiyyət

Xerson vilayətinin qubernatoru Vladimir Saldo özünün Telegram kanalında Xorlı kəndindəki kafe və otelə dron hücumundan sonra baş verən yanğının görüntülərini paylaşdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərbə insanların Yeni ili qeyd etdiyi binanı hədəfə aldı.İlkin məlumatlara görə, dronlardan biri yandırıcı qarışıqla doldurulmuşdu və bu da böyük yanğına səbəb olmuşdu.
Bəyanatda deyilir: "24 nəfər ölüb. Onlarla yaralı var. Qadınlar, uşaqlar."
Hakimiyyət orqanları qurbanlara bütün lazımi yardımı göstərir. Yaralıların bəziləri Krım xəstəxanalarına aparılıb.
Terrorizmlə bağlı cinayət işi açılıb. 2 və 3 yanvar tarixləri Xerson vilayətində matəm günləri elan edilib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər