19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
MART SOYQIRIMI VƏ ERMƏNİ FİTNƏKARLIĞI HAQQINDA “ŞEYPUR” JURNALININ REDAKTORU MƏMMƏDƏLİ SİDQİ NƏ YAZIRDI?-RAMİZ QASIMOV
Tarix: 31-03-2021 23:06 | Bölmə: Sosial

Mətbuat sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Məmmədəli Sidqi 1910-11-ci illərdə “Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi olmuş, o dövrdə bu jurnalla yanaşı, “Tazə həyat”, “İqbal”, “Yeni iqbal”, “Bəsirət”, “Tuti”, “Zənbur”, “Azərbaycan” və digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr və felyetonlar dərc etdirmiş, sovet dövründə də yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu görkəmli mətbuat adamının əsas jurnalistik fəaliyyəti “Şeypur” jurnalı ilə bağlıdır. Bu jurnal haqqında müstəqillik illərinə qədər ətraflı məlumat olmamışdır. Bu da “Şeypur” jurnalı və onun redaktoru Məmmədəli Sidqinin milli mövqeyindən irəli gəlirdi. Bu problemin bilavasitə tədqiqatçısı olan həmyerlimiz filologiya elmləri doktoru Hüseyn Həşimlinin də yazdığı kimi, “uzun illər “Şeypur” jurnalının tədqiqatdan kənarda qalmasının birinci səbəbi jurnalın səhifələrində erməni-müsəlman məsələsinə dair faktların milli mövqedən yer alması və buna oxşar materialların olması ilə bağlı idi”. Jurnal bilavasitə Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aiddir. Cəmi 14 sayı çıxmış “Şeypur” jurnalının 11 nömrəsi 1918-ci ilə, 3 nömrəsi isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görmüşdür. Jurnalın naşiri tanınmış ziyalı-şair Səməd Mənsur idi. Həftədə bir dəfə çıxan “Şeypur” jurnalının səhifələrində onun redaktoru və aparıcı yazarı Məmmədəli Sidqi ilə birgə, görkəmli şair Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. “Şeypur” jurnalına “Molla Nəsrəddin” mətbuatçılıq məktəbi və ənənələrinin müstəqillik dövrü davamından biri kimi yanaşmaq daha doğru olardı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunan bir sıra mətbuat orqanlarından biri də “Şeypur” jurnalı idi ki, özünün yumor və gülüşü, üslub və janrları, hətta müəlliflərin imza ənənələri baxımından onun “Molla Nəsrəddin”ə nə qədər doğma və yaxın olduğunu görmək mümkündür. Jurnalın səhifələrində məhz Azərbaycan əsas, baş mövzu seçilməklə onunla bağlı bir sıra məsələlər öz əksini tapırdı. Bu məqalələrdə erməni millətçiliyi, xainliyi, terrorçuluğu və onların şər əməllərinə himayədarlıq edənlərin tənqid və ifşası mühüm yer tuturdu.
Jurnalda tənqid olduqca qüvvətlidir. Jurnala redaktorluq etmiş istedadlı jurnalist Məmmədəli Sidqi, tədqiqatçıların da göstərdiyi kimi, jurnalda xüsusilə “Şeypur”, eləcə də “Bir naxoş” imzaları ilə yazılar təqdim etmişdir. Jurnalın bütün ruhunun “Molla Nəsrəddin”dən gəldiyi bütün xırdalıqları ilə seçilir. Bunun daha çox onun redaktoru Məmmədəli Sidqinin “Molla Nəsrəddin” məktəbindən çıxması ilə əlaqəli olduğunu deməyə əsas verir.
Jurnalın birinci nömrəsində çap olunan “Altı ay” başlıqlı proqram-manifest xarakterli məqalə də öz məzmunu etibarilə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində nəşr olunan “Sizi deyib gəlmişəm” məqaləsi ilə, demək olar, eyni mahiyyət kəsb edir. Bu məqalədə siyasi hadisələrə, xüsusilə mart soyqırımına münasibət və işarə də özünə yer alıb. Ancaq jurnal hansı məsələləri ön planda tutacaq, hansı problemləri diqqət müstəvisində saxlayacaq, məhz həmin məsələləri nişan verir. Mart hadisələrinin kədərinə işarə edən məqalədə yazılır: “Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə büzülmüş bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi yeriyib öz ana dilində danışmağa ehtiyat edirdin... O vaxtlar, doğrudan da, səni güldürmək olmazdı”. Diqqət edilsə, öz “məzacına” uyğun olaraq “Şeypur” jurnalı vətəndəki yad, “özgə mənaları”, “özgə təbirləri”, yad mikrobları hədəfə alır, onları bilavasitə diqqətə çatdırır. Həmçinin üslubunun yarı zarafat-yarıgerçək olduğuna, “Örtülü bazar, dostluğu pozar” məntiqinə uyğun olaraq gerçək mətləbləri üzə çırpacağına nişan verir.
Məmmədəli Sidqinin jurnalda çap etdirdiyi “Əsgərlik” (2-ci nömrə, 2 oktyabr 1918), “Qramafon” (3-cü nömrə, 19 oktyabr 1918), “Tiflis duması” (4-cü nömrə, 26 oktyabr 1918), “Barışırlar” (5-ci nömrə, 9 noyabr 1918), “Nə istəyirlər?” (6-cı nömrə, 16 noyabr 1918), “Nə var, nə yox?” (7-ci nömrə, 30 noyabr 1918), “Bu gün” (8-ci nömrə, 7 dekabr 1918), “Siyasət”, “Hərdənbir” (9-cu nömrə, 14 dekabr 1918), “Gürcü-erməni vuruşması” (11-ci nömrə, 28 dekabr 1918) və s. məqalələr özünün siyasi təsir gücü və mövzu aktuallığı ilə də seçilir. Həmin məqalələrdə dövrün ab-havasına uyğun problem və aktual məsələlər gündəmə gətirilir, vətəndaşlıq nigarançılığı və məsuliyyəti daha qabarıq şəkildə əks etdirilir. Müəllifin, ümumən jurnalın məqalələrdə toxunduğu və qaldırdığı əsas problemlər azərbaycanlılara qarşı şovinist münasibət, ermənilərin işğalçılıq niyyətləri və planlarından ibarətdir. Müəllifin “Əsgərlik”, “Nə istəyirlər?”, “Bu gün”, “Siyasət”, “Gürcü-erməni vuruşması” kimi məqalələrində ermənilərə qarşı hökumətin tutduğu qayğıkeş, azərbaycanlılara qarşı əngəlli münasibəti, ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları və qətliamçılıq hərəkətləri və bu kimi digər şovinist münasibət davranışları əks olunubdur. Hətta məqalələrdə nəinki azərbaycanlılara qarşı, gürcülərə qarşı da ermənilərin ərazi iddiaları və qətliamçı hərəkətləri öz əksini tapıb. Müəllif “Nə istəyirlər?” başlıqlı məqaləsində konkret olaraq bu məsələyə toxunaraq yazır: “Erməni kirvələrin qədimdən bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. ...Tiflisdə çıxan erməni qəzetləri bütün Qafqaziyanın Ermənistana verilməsindən ötrü müharibə edib, qırılan ermənilərin tələf olmasından şikayət edib, Gürcüstan hökumətini bu qırğının qabağını almağa məcbur etmək üçün uzun-uzun məqalələr yazmaqdadırlar.
...O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhədini keçib müsəlmanlara hücum etmişdilər. Altmış min müsəlmanın irzi-namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu nə əhvalatdır? Özlərini eşitməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib, Rey havasına düşmüşdürlər.
Xülasə, erməni kirvələr çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir az əl tərpətsəniz, qiyamət qopardarıq.
Başını ağrıtmayım. Bu axır vaxtlar ermənilər özləri də bilməyir, nə istəyir?”
Ermənilərin xain davranışları, yaşadıqları bölgənin əhalisinə amansız münasibət və ərazi iddiaçılığı müəllifin başqa məqalələrində də yumoristik-satirik şəkildə tənqid və ifşa obyektinə çevrilir. Bu məqalələrdə həm də erməni quldurlarının başqa dövlətlər, xüsusən yerlərdə imperialist siyasət yürüdən Rusiya tərəfindən həyata keçirilən ermənilərə dəstəkçi siyasəti ifşa olunur. Ermənilərin işğalçılıq və qətliamçılıq davranışları dövrün vətənpərvər ziyalılarından olan Məmmədəli Sidqinin “Bu gün” məqaləsində də öz əksini tapan qınaq yerlərindəndir: “Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki, həyasız oldu, heç nə. Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlıqlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əlilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyi və nə fikirdə olduğunu təfsir etməkdən artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”. Müəllif bu məsələni qabardarkən erməni yalanlarını ifşa etmək məqsədilə rus yazıçısının bu mənfur millətin saxtakarlığı haqqındakı məqaləsinə də isnad edir. Hətta bu yazıdan konkret fikirlər də təqdim edir. Vətənpərvər jurnalist yazır: “Tiflisdə çıxan “Qruziya” qəzeti də deyir ki, sənin başın üçün, elə belədir ki, “Aşümes”. Ona görə də götürüb bir nəfər rus yazıçısı Upuçninin “Keçmiş xülyalar” ünvanlı məqaləsini dərc etmişdir. Bu məqalə büsbütün tərcümə edilib “Azərbaycan” qəzetinin 56-cı nömrəsində çap olunmuşdur. ...Bu məqaləni bir nəfər urus yazmışdır. Özü də öz yazdığı kimi əvvəlcə ermənilər ilə çox dost imiş. Hətta hər yerdə erməniləri müdafiə edib, onların barəsində danışılan yalanları da təkzib edirmiş. Bu urus məqaləsində deyir ki, Qafqazda Ermənistan adlı şey olmayıbdır. Urus Qafqaza gəlib Qafqazı alanda bir Gürcüstan var imiş, bir də bir neçə dənə türk xanlıqları. Qərəz, həya yaxşı şeydir”. Müəllifin erməni riyakarlığı və qəsbkarlığına olan kəskin ifşaedici münasibəti “Siyasət” adlı məqaləsində də davam edir. M.Sidqi məqalənin başlığı kimi əsl siyasət meydanı açır, burada rus siyasətini ifşa və tənqidlə birgə erməni qəsbkar komandanı Andranikin ikiüzlülük və müsəlman-türk düşmənçiliyinə də münasibət ifadə edir. Müəllif yazır: “Füzulluq dedim, Andranik kirvə yadıma düşdü. O gün qəzetlər yazır ki, general Tomson Andranikə yenə bir teleqraf vurub, qan tökməkdən əl çəkməyi əmr edir. Andranik də deyir ki, mən müsəlmanları qırmıram. Mən “bolşevik” olmuşam. Bolşevik də gərək adam qırsın.
Mineralnidə olan bolşeviklər deyir ki, daşnaqsaqanlar hamısı əks-inqilabçıdırlar. Hər kəs bir daşnaqsaqan öldürsə, ayrıca mükafat alacaqdır. Həştərxandan da xəbər gəlir ki, bolşeviklər millətlərin bir-birilə vuruşmasına protesto edirlər və deyirlər ki, Allah kəssin sizin boğuşmağınızı. Bizim işlərimizi siz xarab elədiniz. Bu tərəfdən də kazaqların hamısı bolşeviklərə tabe olurlar. Gətirib silahlarını da öz əllərilə təslim edirlər”.
M.Sidqi böyük cəsarət və vətənpərvər ürəklə rus hökumətinin ayırıcılıq və qarşıdurma yaratmaq cəhdlərini ifşa edir. Amma ermənilərin və onların qəsbkar liderlərinin tarixi cinayətlərinə, Azərbaycanın müsəlman əhalisinə qarşı vəhşicəsinə apardıqları qətliam hərəkətlərini daha çox diqqətdə saxlayır. Erməni Andranikin dilindən deyilən sözlərdə də bu mənfur və ikiüzlü millətin məzlum görünmək və başqalarını qırmaq missiyası aydınca görünür. Görkəmli publisist həm də “Gürcü-erməni vuruşması” məqaləsində ermənilərin nə qədər mənfur və saxtakar olmalarını diqqətə çəkir. Sonradan gəlib yerləşmələrinə baxmayaraq, bütün Qafqazda Ermənistan yaratmaq xülyası ilə yerli xalqlarla savaş açan və onlara qarşı ən qəddar, ən mənfur üsulla mübarizə aparan ermənilərin danışıqlara biganə münasibətlərini də təqdim edərək ifşa edirdi. Vətənpərvər jurnalist yazırdı: “Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri öz aralarında olan mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bundan irəli Tiflis şəhərində bir konfrans çağırmışdılar. Bəli, konfransın vaxtı, saatı təyin olunan kimi, Azərbaycan və Gürcüstan nümayəndələri konfransa gəldilər. Ermənistan hökumətindən nümayəndə gəlmədi. Tiflisdə olan Ermənistan nümayəndəsindən xəbər aldılar: - Balam, konfransa niyə gəlmirsən? Cavab verdi ki, Ermənistan hökumətindən mənə bu barədə heç bir buyuruq yoxdur. Bir-iki gün gözləyin, görək, nə olar. Bir-iki gün keçdi. Soruşdular: - Balam, nə oldu? Cavabında dedi ki: - Bəs məni bu gün bağışlayın. Pəhriz tutmuşam. Gələ bilmərəm. Bəlkə sabahda, birigündə gəldim.
Bir neçə gündən sonra dedi ki: - Varatniklərim yuyulub, praçişnidən gəlməyibdir. Nə bilim, gərək hamama gedəm...
Xülasə, hər dəfə bir düdük verib konfransa gəlmədi ki, gəlmədi” (Bu sətirləri oxuyanda danışıqlardan birində erməni rəhbərinin qarın ağrısı bəhanəsilə danışığa gəlməməsi hadisəsi yadıma düşdü- R.Q.). Müəllif erməni hiyləgərliyi və fırıldaqçılığını bütün çılpaqlığı ilə göstərdiyi kimi, ermənilərin regiondakı siyasi və hərbi hərəkətlərinə himayəçilik edən qüvvələri də ifşa və tənqid etməkdən çəkinmir. Söz yox ki, M.Sidqi dövrün mötəbər ziyalılarından biri kimi baş verən siyasi hadisələrin mahiyyəti və məqsədini yaxşı başa düşürdü. Ermənilərə müraciət edərkən qəsdən “kirvə” deyə ironiya ilə xatırlayan jurnalist onları regionda yerli xalqlara “qohumlaşdıran, qonşulaşdıran və dostlaşdıran” siyasi qüvvələrin rolunu da unutmurdu. Bu məqsəddən irəli gəlirdi ki, “Gürcü-erməni vuruşması” məqaləsinin sonunu məhz bu izaha həsr edir və yenə də jurnalın satirik-yumoristik üslubuna uyğun olaraq ermənilərə himayəçilik edən qüvvələri ələ salırdı. “Ermənistan hökuməti nə demək istəyir?” – deyə sual ortaya qoyan müəllif onu satirik-yumporistik şəkildə belə şərh edirdi: “Əslinə baxsan, rəylər müxtəlifdir. Biri deyir ki, Ermənistan hökumətinin yeri darışlıq olduğundan bir balaca ayağını uzatmağa yer axtarır. Biri deyir ki, xeyr! Ayağını uzatmağa yeri var. Bu iş ancaq Borçalı müsəlmanlarının keyfini xəbər almaq üçün bəhanədir. Bəziləri deyir ki, səhvsən. Ermənilər həyat-məmat məsələsini ortalığa qoyub axırıncı dəfə olaraq vuruşurlar. Qərəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir. Amma biz deyirik: Xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyanı çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay çıxarmaqdan ötrü bu işləri eləyirlər. Və Rusiyanı bərpa etdikdən sonra da Ermənistana Ermənistan veriləcəyinə inanırlar”.
Müəllifin son sözləri maraq doğurmaya bilməz. Söz yox ki, hadisələr müəllifin gözü qarşısında baş verir və məqalə 1918-ci ildə gedən hadisələrdən bəhs edir. Həmin dövrün hadisələri haqqında Azərbaycan və bir sıra xarici mənbələrdə də göstərildiyi və elə həqiqətpərvər jurnalist Məmmədəli Sidqi yazdığı kimi, Rusiyada inqilab törədib hakimiyyətə gələn Lenin və onun bolşevik təşkilatı Qafqazda var olan azərbaycanlı və gürcü xalqlarını ələ almaq, onların ərazilərində də Şura quuruluşu təsis etmək, bu və digər məqsədlərə nail olmaq üçün erməni icmalarından istifadə etmək, erməniləri bu məqsədə çatana qədər “ermənisiz Ermənistan” yaratmaq fikrilə fəaliyyətə cəlb etmək, məqsəd hasil olduqdan sonra onları yaradılmış “Ermənistan”ın əsl sahibinə çevirmək kimi şirnikləndirici sözləri öz təqdimini tapmışdır. Bu mənada M.Sidqinin bu məqalədə kinayə, rişxənd dolu gülüşlə dediyi bu sözlərdə dövrün olduqca acı, ama məhz bu kimi ürəkparçalayan gerçəkliyi dayanırdı. Təsadüfi deyildi ki, Məmmədəli Sidqi, eləcə də jurnalın başqa mühərrirləri də Azərbaycanda baş verən mart soyqırımına, ermənilərin və onların qəsbkar komandanı Andronikin törətdiyi misilsiz vəhşiliklərə, riyakarlıq, hiyləgərlik və saxtakarlıqlara, erməni terror qruplaşmalarına və daşnaqların xülyalarına dəstək verən siyasi qüvvələrin ikiüzlü fəaliyyətinə və bu kimi digər məsəkələlərə tez-tez əhəmiyyət verir, satirik-yumoristik olsa da, acı gerçəkləri əks etdirir, öz münasibət və rəylərini bildirirdilər.
Jurnalda ana dili, köhnəlmiş yaşayış tərzi, adət-ənənə, düşüncə və stereotiplər, movhumat və fanatizm, savadsızlıq və digər məsələlər öz tənqid və ifşa yerini tapırdı. Ama bu məsələlərdən ziyadə dövrün siyasi məsələləri daha çox və tez-tez gündəmə gəlir, xüsusi olaraq təqdim edilirdi. Məmmədəli Sidqi və Səməd Mənsurla birgə dövrün istedadlı və vətənpərvər ziyalılarından olan Cəfər Cabbarlı, Salman Mümtaz, Əmin Abid və başqaları jurnalda dövrün aktual və vacib məsələlərini işıqlandırmaq üçün məqalələrlə çıxış etmişlər. “Şeypur” jurnalının tanınmış tədqiqatçısı və ilk dəfə tam şəkildə kitab halında tərtibçisi və çap edəni filologiya üzrə elmlər nələrdoktoru Hüseyn Həşimli yazırdı: “Vətən və xalq taleyi, bolşevik-daşnak fitnəkarlığına qarşı mübarizəyə çağırış, istiqlalın möhkəmləndirilməsi uğrunda mücadilə, hərbi quruculuq, siyasi idarəçilik, ana dilinin saflığı, mətbuat azadlığı, ziyalı və xalq kimi ümdə məsələlər “Şeypur”dakı poeziya və publisitika nümunələrində ön planda dayanır. ..Ümumiyyətlə, “Şeypur” jurnalındakı çoxsaylı materiallar 1918-1919-cu illərin bir zamanlar unutdurulmuş həqiqətlərini, dövrün, cəmiyyətin sosial-siyasi mənzərəsini real faktlara istinadən bədii-publisitik tərzdə əks etdirir”.
Beləliklə, Azərbaycan milli mətbuatı tarixində görkəmi xidmətləri olan publisistlərdən biri kimi Məmmədəli Sidqinin də öünəməxsus yeri və mövqeyi var. Bu görkəmli publisist və millətpərvər ziyalı ömrünün çox hissəsini xalqına xidmətdə keçirmiş, müxtəlif sahələrlə bərabər mətbuat sahəsində də öz bacarıqlarını nümayiş etdirmiş, əsl ziyalı və publisist kimi yadda qalmışdır.
RAMİZ QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 006
Bölməyə aid digər xəbərlər

Dünən, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
30-08-2026, 17:51
Peskov yeni Volqa alacağını etiraf etdi
30-08-2026, 17:10
Moskvanın mərkəzinə yağış yağacaq
27-08-2026, 20:16
Turist dağlarda azıb
27-08-2026, 20:02
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
27-08-2026, 18:34
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
27-08-2026, 18:07
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
27-08-2026, 13:19
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
26-08-2026, 19:16
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
26-08-2026, 18:00
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
26-08-2026, 17:20
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
26-08-2026, 17:10
Qaynaq sexində yanğın baş verib
26-08-2026, 09:43
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
25-08-2026, 19:59
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
25-08-2026, 19:31
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
24-08-2026, 17:39
Kotlet və mantılarda salmonella aşkar edilib
23-08-2026, 19:04
Bir turist Vyetnamda duş qəbul edərkən göbələk infeksiyasına yoluxub
23-08-2026, 18:44
Direktor araba sürərkən hündürlükdən yıxılıb
22-08-2026, 16:54
Könül Nurullayeva vətəndaşlarla görüşüb
22-08-2026, 16:28
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
22-08-2026, 16:23
Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib