Bütün xəbərlər
Tramp “Sülh sammiti”ndə iştirak etmək üçün Misirə gəlib
Tarix: 13-10-2025 19:59 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Trampın təyyarəsi Şarm əl-Şeyxə eniş edib. Amerika lideri Misirə “Sülh sammiti”ndə iştirak etmək üçün gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı hava limanından yayımlanır. Ağ Ev rəhbərini Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi dünən bildirib ki, iyirmi ölkə Qəzza zolağında atəşkəsə həsr olunmuş “Sülh sammiti”ndə iştirakını təsdiqləyib.
Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Orta və Postsovet Şərqi şöbəsinin elmi işçisi, siyasi elmlər namizədi Danila Krılov “Sülh sammiti”ndə səslənən bütün bəyanatların yalnız Trampın mövqeyi və bəyanatlarına əsaslanacağı fikrini bildirib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb