21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
19:32 / 23-09-2026
15 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
19:28 / 23-09-2026
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
19:25 / 23-09-2026
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
19:21 / 23-09-2026
Hərbi ekspert deyir ki, Kiyevin "Patriot" raket istehsalına başlaması illər çəkəcək
19:17 / 23-09-2026
Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edib
19:15 / 23-09-2026
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
19:12 / 23-09-2026
Böyük Britaniyada hərbi təyyarə qəzaya uğrayıb
19:09 / 23-09-2026
Sərxoş kişi kafedə qarışıqlıq yaradıb
18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
17:43 / 22-09-2026
Bir alpinist iki turistin itkin düşdüyü dağının çətinliklərini sadaladı
17:39 / 22-09-2026
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
17:35 / 22-09-2026
Ukraynadakı Interpipe Steel zavodu Rusiya qüvvələrinin tətilindən sonra istehsalı dayandırıb
17:32 / 22-09-2026
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
17:29 / 22-09-2026
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı-Kamilə Əliyeva
Tarix: 28-05-2023 10:15 | Bölmə: Siyasət

Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində güclü inkişaf yolu keçərək böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır. XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtki mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müdtəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnaq- bolşevik quldurlarının və daxi limizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi.
AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi .
AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildi. Şərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu və fəaliyyətə başlaması ilə milli kadrların hazlrlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı digər ali və orta təhsil müəssisələrinin yaradılması uçun hazırlıqlar aparıldı.
AXC ədliyyə sahəsinə də xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-cı ildə ədliyyə Nazirliyi təsis edildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi "Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat qat çətindir". Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası AXC nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin ortalarında yenidən müstəqillik əldə etsə də ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi və təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün ümummilli lider dəfələrlə ölümlə üz üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.
Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Ümummilli lider Heydər Əliyev 1993- cü ildə Prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Dünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü və siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq Ümummilli Lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin geosiyasi vəziyyətə baxmayaraq Heydər Əliyevə olan etibar, bu dahi şəxsiyyətin qətiyyətinə inam nəticəsində xarici dövlət başçıları və nəhəng şirkətlər Azərbaycanla "Əsrin müqaviləsi" adlandırılan neft kontraktlarına imza atdılar.
Ümummilli Lider Heydər Əliyev dünya iqtisadiyyatını mükəmməl bilən bir şəxs idi. Heydər Əliyev iqtisadi strategiyasının nəticəsi olaraq xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladı. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyev izi olmasın. Sahibkarlığın inkişafına dəstəyin, sərbəst iqtisadi rəqabətin, iqtisadiyyatın modernləşməsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqına arxalanmışdır. Azərbaycan xalqı da bu dahi şəxsiyyətə və Azərbaycanı ən ağır vəziyyətdən Heydər Əliyevin çıxara biləcəyinə inanırdı.
Ümummilli Lider Heydər Əliyev dərin biliyə malik polad iradəli, fenomenal yaddaşa sahib, müdrik, qətiyyətli siyasətçi, xorezmatik bir şəxsiyyət idi.
Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdur. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də AXC -nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bu addımı ilə Heydər Əliyev öz dövlətinə və xalqına nə qədər bağlı olduğunu, bu yoldan dönməz olduğunu bur daha göstərdi.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır.
Bu gün Prezident cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident cənab İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir.
Prezident cənab İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmişdir. Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "AXC ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir. 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik Günü haqqında " Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18 isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 458
Bölməyə aid digər xəbərlər

22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib