21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Əliyevlə Ərdoğanın qol qoyduğu işlər
Tarix: 12-03-2022 16:44 | Bölmə: Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da qardaş Türkiyəyə işguzar səfər etdi.
Prezident Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatının) VIII Zirvə Görüşü üçün ötən ilin 12 noyabrında İstanbula səfər etmişdi; bu dəfəki səfər Ankarayaydı.
İlham Əliyevin qardaş ölkənin keçmiş və indiki paytaxtına səfərlərindən öncə Türkiyə dövlət başçısının bizim siyasi (Bakı) və mədəniyyət (Şuşa) paytaxtımıza (eləcə də, Füzuliyə, Zəngilana) səfərlərini yaxşı xatırlayırıq. Bu ünvanlar yalnız könül coğrafiyamızı deyil, Şuşa Bəyannaməli qardaşların siyasi ahəngini, iqtisadi ritmini və beynəlxalq nizama ayar arayışlarını da ehtiva edir.
Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın gündəmi yetərincə zənginiydi.
Qardaş ölkələrin başçıları Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Əlbəttə, 44 günlük Vətən Müharibəsinin qalıcı sonucları, o sonucların daha da möhkəmlənməsi ilə bağlı müzakirələr cəmiyyətimizin xüsusi diqqət mərkəzindədir. Rəsmi məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi görüşdə qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.
Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun bölgə üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin önəmi vurğulanıb.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyinin bildirildiyi görüşdə Ukraynadakı və b. hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb. – Bütün bunların ölkəmiz, bölgəmiz üçün nə qədər önəmli olduğu aydındır.
Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərindən saatlar öncə (son 14 ilin ardından) İsrailin Prezidenti Türkiyəyə səfər etmişdi. Türkiyə Prezidenti Ukrayna, Rusiya Prezidentləri ilə, digər ölkələrin dövlət başçıları ilə telefon danışıqlarında bulunmuşdu və Türkiyə ilə Azərbaycan Prezidentlərinin 4 saatlıq görüşündən az sonra isə ABŞ Prezidenti Türkiyəli həmkarına telefon açdı. Bəli, dünyanın gözü Azərbaycanın qardaşındadır. Yenə təsadüfi deyil ki, Azərbaycana səfərdən yenicə dönən Türkiyə Xarici işlər nazirinin vasitəçiliyi ilə Ukrayna və Rusiya Xarici işlər nazirləri Antalyada bir araya gəldi. Azərbaycanla Rusiya, Rusiya ilə Ermənistan Xarici işlər nazirləri görüşdü. Daha necə və neçə görüş olacaq.
Antalya Diplomatiya Forumu özü başlı-başına böyük bir hadisədir. Antalyada, necə deyərlər, “Diplomatiyanın yenidən qurulması”na çalışılır. Dünyanın dörd yanından dövlət və hökumət başçıları, nazirlər, siyasətçilər, diplomatlar, iş adamları, akademiklər, beyin mərkəzlərinin üzvləri, gənclər, media nümayəndələri Antalyaya yığışıb. Rusiya-Ukrayna savaşı, Rusiyaya misilsiz Qərb sanksiyaları fonunda Türkiyə bütün qarşı duran tərəflərin üz tutduğu, ehtiyac duyduğu, (ən əsası) etibar etdiyi ən xarakterli dövlətdir. Doğrudan da, “Dünya beşdən böyükdür”… Antalya Diplomatiya Forumuna gələnlər, daha böyük ziyanlardan dönüş ümidinin Antalyada mexanizm qazanacağına (yaxud daha az itkilər fazasına keçidə) inam bəsləyir, desək yanlış olmazdı.
Artıq vurğuladığımız kimi, Ermənistanın Xarici işlər naziri də Antalyadadır… Azərbaycanın Xarici işlər nazirinin Antalyada olması isə o qədər təbii hadisədir ki, əksini düşünmək belə təsəvvürəgəlməzdir.
***
Azərbaycan və Türkiyə dövlət başçılarının şəxsi dostluğu, bu dostluğun Türkiyə-Azərbaycan işbirliyini daha yüksək səviyyəyə qaldırması danılmz faktdır.
Bu dünyada qardaş xalqlar çoxdur, əlbəttə. Əlbəttə, qardaşlıq əcdadın mirasıdır lakin hər miras etibarlı əllərdə olmaya bilər. Düz-dünyanın gündəmində olan Rusiya-Ukrayna savaşı qardaşların münasibətsizliyinin gətirib çıxardığı acı mərhələnin ən yeni və ibrətamiz örnəyi deyilmi? Biz dövlətlərin ərazi bütövlüyünü candan-könüldən dəstəkləyən bir zehniyyətə sahibik.

Özümüz işğaldan, dağıntıdan, qan-qadadan çəkdiyimizi çəkmişik, dünyanın heç bir ölkəsinin, xalqının biz çəkən acıları çəkməsini istəmirik. Üstəlik, Ukrayna kimi dost ölkənin şəhərlərinin viran qalması, əhalinin qaçqın-köçkünə dönməsi, uşaqların, qadınların, qocaların öldürülməsi, təhlükələrə məruz qalması bizim qəbul edəcəyimiz hallar deyil. Doğrudur, biz daha betərini yaşamışıq ancaq çox azını da heç kəsin yaşamasını istəmirik. Nə demək istəyirəm? – Soy-kökdən, tarixdən gələn qardaşlığı qorumaq, inkişaf etdirmək və daha üstün – strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq hər liderin bacardığı iş deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bunu bacardı. Gəlin etiraf edək, Azərbaycanla Türkiyənin indiki qədər yüksək səviyyəli strateji müttəfiqliyi məhz indiki liderlərimizin əsəridir. Bugünkü yüksək səviyyə və dövlətlərimizin gücü, nüfuzu müstəqilliyimizin ilk illərində olsaydı, çox yəqin ki, I Qarabağ müharibəsinin taleyi bir başqa cür ola bilərdi. Liderlərin tarixdəki rolu bir daha gündəmə gəlir və İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan qardaşlığının, hər iki liderin öz ölkələrinin inkişafı üçün gördüyü fövqəladə işlərin məntiqi sonucu şəxsiyyət və zaman düşüncələrini bizimçün bir daha güncəlləşdirir. Azərbaycanla Türkiyə bu anlamda, öz liderləri ilə bütün dünyaya örnək təşkil edir. Liderlərimiz həm öz ölkələrini həm də öz ölkələrindən ayırmadıqları qardaş ölkənin qüdrətlənməsini əməli addımlarla təmin edir. Dövlət böyüklərimizin sözlərini bir daha xatırlayaq: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik”. İndiki nəsillərin əsas mənəvi borcu bu kəlamların gərəkdirdiyi birlik ruhunu qorumaq, o birliyə daha üstün səviyyə qazandırmaqdır.
“Şuşa Bəyannaməsi” iki qonşu, dost, qardaş ölkə arasında daimi müttəfiqliyin geridönməzliyinin, qarşısıalınmazlığının təsdiqidir. – Niyyət bəyanından söhbət getmir, söhbət iki ölkənin parlamentində təsdiqlənmiş qanundan gedir. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qol qoyduğu işlər təsadüflərlə, tendensiyalarla deyil, məhz qanunauyğunluqlarla səciyyələnir. “Şuşa Bəyannaməsi” qanundur! Sözümüzü Azərbaycan Prezidentinin Şuşada, tarixi Bəyannamə imzalanarkən dediyi sözlərlə süsləsək, əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol açan qanun!
“Şuşa Bəyannaməsi” adı ilə, məzmunu ilə şərəflidir.
“Şuşa Bəyannaməsi” böyük gələcək vədi ilə əvəzsizdir.
Elə bir sənəddən danışırıq ki, bütün digər oxşar sənədlər onunla yalnız açıq-ara fərqlə qiysalana bilər, ona istinad oluna, ona bənzədilməyə çalışılar... Məsələn, Azərbaycanla Türkiyə arasında hərbi-texniki işbirliyinin örnəyi nə öz keçmişimizdə müşahidə olunmayıb, nə də başqa ölkələrlə münasibətlərin keçmişinə xas, gələcəyinə də uyğun deyil. Bizim müşahidəmiz, dəyərləndirməmiz və inamımız da odur ki, “Şuşa Bəyannaməsi”indən üstün sənəd yoxdur. Çünki Azərbaycanla Türkiyənin dərin bağları var. O dərinliyi üfüqügenişliklə idrak edib, əcdad ruhunu şad edən, gələcəyə yol açan liderləri var. Belə liderlərsə hər ölkənin, hər dövrün şansı deyil.
Baxın, elə Antalya Diplomatiya Forumunda baş tutan Rusiya-Ukrayna danışıqları da konkret nəticələrə gətirib çıxarmadı. Bundan öncə üç raundda Belorusiyada işçi qruplar səviyyəsində görüşən keçmiş qardaşlar, Türkiyədə nazirlər səviyyəsində görüşsə də, anlaşmadan nə qədər uzaq olduqlarını hər kəs görmüş oldu. Təəssüflər ki, barışın təsisinə xidmət edən çağırışlar, çalışmalar hələlik sonuc vermir. Ancaq Azərbaycan və Türkiyə əbədi qardaşlığı bu gün keçmiş qardaşların anlaşma əldə edə bilməsi üçün mexanizm tapılmasına qatqıda bulunur.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yalnız iki ölkənin deyil, bölgənin dizaynını dəyişir. İstər “3+3” formatlı bölgəsəl işbirliyi arayışları, istər Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar, istərsə də, Avropann enerji təhlükəsizliyi baxımından özəl önəm daşıyan TANAP və TAP Türkiyə-Azərbaycan işbirliyinin təntənəsi olaraq, indiki ağır ortamda qeyri-adi gerçəklik yaradır.
“Şuşa Bəyannaməsi” qanunlu Azərbaycan-Türkiyə strateji müttəfiqliyi türksoylu ölkələrin işbirliyinin önəmini və rolunu da qabardaraq, bugünkü geosiyasi durumda atılmalı zəruri addımları önplana çıxardır.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk Dövlətləri Təşkilatı miqyasında da şəkillənməlidir.
Təşkilatın bütün üzvləri (o cümlədən müşahidəçi üzvləri) “Şuşa Bəyannaməsi” ruhunda strateji müttəfiqlik sənədi imzalamlıdır. Bu imzalar Şuşa saflığına, Tanrı dağları yüksəkliyinə, İstanbul fəthinin ruhuna köklənməlidir.
DÖVLƏTİMİZ VƏ QARDAŞLARIMIZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı

Baxış sayı: 473
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.