Bütün xəbərlər
Szijarto Kallası Antifa hərəkatını terror təşkilatı kimi tanımağa çağırıb
Tarix: 20-09-2025 13:19 | Bölmə: Dünya

Macarıstanın xarici işlər naziri Péter Szijyarto Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məktub göndərərək, Avropa İttifaqını ABŞ-dan nümunə götürərək Antifa hərəkatını terror təşkilatı kimi tanımağa çağırdığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə MTI-yə müsahibəsində bildirib.
“Avropa Birliyinə Antifa hərəkatını terror təşkilatı kimi tanıyaraq və onunla əlaqəli qruplara qarşı lazımi məhdudlaşdırıcı tədbirlər görərək [ABŞ] nümunəsini izləməyi qətiyyətlə tövsiyə edirəm”, - Sijarto bildirib.
Daha sonra Macarıstanın baş naziri Viktor Orban Budapeştin Antifa-nı terror təşkilatı kimi tanımaq planlarını açıqlayıb.
Sentyabrın 17-də ABŞ prezidenti Donald Tramp Antifa hərəkatını terror təşkilatı siyahısına saldığını bəyan edib. O, həmçinin təşkilatın maliyyə mənbələrini araşdıracağına söz verib.
Antifa (antifaşist sözünün qısası) üzvləri avtoritar, homofobik (Rusiyada LGBT hərəkatı qadağandır), irqçi və ya ksenofobik hesab etdikləri hərəkətlərə qarşı çıxan hərəkatdır. Antifanın lideri və müəyyən edilmiş rolları yoxdur.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər