Bütün xəbərlər
On ölkə BMT konfransında Fələstin dövlətçiliyini tanımağı planlaşdırır
Tarix: 20-09-2025 13:05 | Bölmə: Dünya

On ölkənin nümayəndəsi sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək konfransda Fələstini tanıdıqlarını elan etməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Fransa lideri Emmanuel Makronun adının açıqlanmayan məsləhətçisinə istinadən məlumat yayıb.
“Fələstin dövlətinin tanınması istiqamətində hərəkətə keçmək” qərarına gələn 10 ölkə təmsil olunacaq”, - agentliyin hesabatında deyilir.
Bu məlumata görə, aşağıdakı ölkələr Fələstini tanıdıqlarını elan etməyi planlaşdırırlar:
Fransa;
Andorra;
Avstraliya;
Belçika;
Kanada;
Lüksemburq;
Portuqaliya;
Malta;
Birləşmiş Krallıq;
San Marino.
Bundan əvvəl Fransa İsrailin İordan çayının qərb sahilində Fələstin ərazilərini işğal etmək cəhdlərini kəskin şəkildə pisləyib. Makron bildirib ki, Respublika sentyabrın 22-də Qəzzadakı döyüşlərdən və ya İsrail hakimiyyətinin digər qərarlarından asılı olmayaraq Fələstinin tanınması məsələsi ilə bağlı BMT-də konfrans keçirəcək. Fransa prezidenti artıq Fransanın Fələstini tanıdığını elan etmək niyyətini təsdiqləyib.
Rusiyanın hüquqi varisi olduğu SSRİ 1988-ci ildə Fələstin Dövlətini tanıyıb. Rusiya hesab edir ki, Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün Fələstin dövlətinin yaradılması zəruridir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər