18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Qənirə Paşayeva: Azərbaycanın məsuliyyət modeli
Tarix: 04-02-2021 03:03 | Bölmə: Siyasət
Baxış sayı: 520
Bölməyə aid digər xəbərlər
Tarix: 04-02-2021 03:03 | Bölmə: Siyasət

Prezident İlham Əliyevin Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışı zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə ötən ilin qiymətləndirilməsi, cari ilin mənzərəsinin yaradılması və dövlət-vətəndaş münasibətləri, xalqın rifah halı, bir sözlə, əməli fəaliyyət sahələri üzrə dövlət başçısının baxışlarını ifadə etməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Əslində, Prezidentin qiymətləndirmə, fikir və mülahizələri dövlətin, ölkənin gələcəyə baxışının məcmusudur.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva bildirib ki, ötən il daha çox iki cəbhədə mübarizədən danışırdıq, bu il də iki cəbhədə mübarizədən danışa bilərik, lakin cəbhələrdən biri öz formasını, müstəvisini dəyişmiş, digərində gərginlik azalmış, üstəlik, ciddi təcrübə qazanılmışdır.
Birinci mübarizə cəbhəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı idi. Müzəffər Ordumuz Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi zəfərə imza atdı və indi mübarizə, daha doğrusu, fəaliyyət bölgənin, ümumən Qafqazın yol infrastrukturunun yeniliklər qazanması, intensiv işləməsi, bölgənin sosial-iqtisadi inkişafı sahəsinə yönəlib. Buraya siyasi-diplomatik mübarizəni də əlavə edə bilərik.
İkinci cəbhə koronovirusla bağlıdır. Məlum bəşəri problem hələ öz həllini tam tapmayıb, lakin vaksinasiyalar başlayıb, müəyyən təcrübə qazanılıb və bu planda Azərbaycan təcrübəsindən ayrıca bəhs edilir.
Azərbaycan 2020-ci ildə modul tipli xəstəxanaların tikilməsi, infeksiyaya qarşı beynəlxalq mübarizənin təşkili və s. sahələrdə önəmli işlər gördü. Azərbaycan Prezidentinin sədrlik etdiyi Türk Şurası, Qoşulmama Hərəkatının iki zirvə görüşü keçirildi. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT Baş Assambleyası səviyyəsində müzakirələr aparıldı, qərarlar qəbul edildi. Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli əməkdaşlıq mühiti yaradaraq öz ianələri, sosial dəstəkləri ilə də bizə milli qürur hissi yaşatdı, ölkəmizə şöhrət qazandırdı.
Tezislər şəklində sıralayası olsaq:
-Respublikamızın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya öncədən hazır olub. Məsələn, öncələr respublikada cəmi 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və bir gündə 20 min test keçirilə bilər. Qısa müddətdə, laboratoriya sayı 5 dəfədən çox, test imkanı 20 dəfə artırılıb;
-Modul tipli 13 xəstəxana quraşdırılıb;
-Pandemiyanın ilk günlərindən işlər düzgün aparılıb, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla sıx təmaslar qurulub;
-ÜST pandemiyaya qarşı mübarizədə Azərbaycan Respublikasında görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı örnək ölkə kimi təqdim edib;
-“Gallup” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
-Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.
-Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə başlamış ilk ölkədir. Artıq 4 milyon doz vaksin sifariş edilib və respublikaya gətirilməsi təmin edilib.
Əlbəttə, səhiyyə sahəsində qazanılmış uğurlar və qarşıya yeni hədəflərin qoyulması imkanı son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxananın yenidən tikilməsi, yaxud əsaslı təmir edilməsi ilə sıx bağlıdır. Prezidentin dediyi kimi, 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Dövlət başçısının hələ 2004-cü ildə dediyi “biz qara qızılı insan kapitalına çevirməliyik” məşhur kəlamının təsdiq sahələrindən biri də səhiyyə sistemidir. Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.
Baxmayaraq ki, o zamanlar Azərbaycanın neftdən gəlirləri aşağı idi, lakin vaxtilə SOCAR-in I vitse-prezidenti vəzifəsində də çalışmış, neft-qaz sənayesindən, dünyada müşahidə edilən neft-qaz tendensiyalarından bilavasitə məlumatlı olan cənab İlham Əliyev gələcəyi dəqiq proqnozlaşdıra bilib, nəhayət, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Bir misal çəkək: Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir. Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir.
Pandemiyaya qarşı mübarizənin Azərbaycan modeli bir sıra başqa gerçəkləri, həqiqətləri də üzə çıxardı. Bu gerçəkliyi, həqiqəti bir cümləyə sığdırası olsaq, “Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir” deyə bilərik.
Ölkə başçısının dedikləri əsasında mənzərəyə diqqət edək:
-Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərin nə az-nə çox, düz 53 faizini sifariş edib;
-Ən keyfiyyətli vaksinlər sayılan “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini məhz zəngin ölkələr sifariş edib;
-Daha konkret misala keçək: Vətən müharibəsi vaxtı ədalətsizcə və aidiyyəti olmadan ermənipərəst mövqe tutan Kanada öz əhalisinin sayından 4 dəfə (!) çox vaksin sifariş edib (?!). Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir. Yəni, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların sağlamlığı risk altına düşür. Neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur...
Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsinə, nəhayət, 2020-ci ilin son ayında nail oldu. Dövlət başçımız BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri bir daha həmrəyliyə, bu qlobal bəlaya qarşı mübarizədə təşəbbüsləri zəruri şəkildə birləşdirməyə, habelə zəngin ölkələri məsuliyyət göstərməyə çağırdı.
Azərbaycan Respublikasının ikitərəfli, çoxtərəfli ortamda ianələrini qeyd etdik. Neomüstəmləkəçiliyə yenidən vurğu edərək vaksinlər uğrunda mübarizənin daha da kəskinləşə biləcəyi və bunun bir çox faciəli fəsadlara gətirib çıxara biləcəyinin narahatçılıq təşkil etdiyini deyə bilərik. Prezidentin dediyi kimi, COVID-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırdı. Bu çağırışı dünya nə qədər tez duysa, bəşəriyyət üçün, bəşəri tərəqqi üçün bir o qədər yararlı olar. Azərbaycan dövləti öz bəyanatlarına sadiqdir, beynəlxalq hüququ qoruyur, ədaləti pozmur, haqq səsini ucaldır. Bu, önəmli baxış, yanaşma ən yeni dönəm dünya tarixinə Azərbaycanın məsuliyyət modeli kimi düşəcək.
Baxış sayı: 520
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.













