Bütün xəbərlər
Kilsə yaxınlığında səs-küy salan və spirtli içki qəbul edən gənclər saxlanılıb
Tarix: 08-09-2025 19:38 | Bölmə: Cəmiyyət

Polis əməkdaşları Puşkino şəhərində kilsənin yaxınlığında spirtli içki qəbul edib səs-küy salan 4 gəncin şəxsiyyətini müəyyən ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar polis bölməsinə aparılıb.
Moskva vilayətinin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2009-cu il təvəllüdlü hadisə iştirakçılarından biri keşişə daş atıb.
Mövcud məlumata görə, qrup gecə yarısı kilsənin yaxınlığında əylənib, ictimai asayişi pozub. Gənclər spirtli içki qəbul edib, yüksək səslə musiqi dinləyib, nalayiq ifadələr işlədirdilər. Onlar haqqında polisə məlumat verilib və buna görə ərizəçiyə daş atılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün halları aydınlaşdırmaq üçün çalışırlar.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb