Bütün xəbərlər
Elmar Məmmədyarov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Tarix: 02-02-2018 11:47 | Bölmə: Manşet

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.



Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər