Bütün xəbərlər
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
Tarix: 27-10-2026 09:07 | Bölmə: Manşet


 Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynanı daha bir sərt qışın gözlədiyi barədə xəbərdar etdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Parisdə keçirilən E5 müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında o, həmçinin yeni Rusiya əleyhinə sanksiyaların hazırlandığını açıqladı.
Kallasın sözlərinə görə, "Ukraynada tez bir zamanda sülhə ümid azdır".
"Ukraynanı daha bir sərt qış gözləyir. Bizim vəzifəmiz onun zərbələrə tab gətirməsinə kömək etməkdir... Bu ay AB müharibənin başlanğıcından bəri Rusiyaya qarşı ən genişmiqyaslı sanksiyaları qəbul etdi və artıq yeniləri hazırlanır".
KALLAS DEDİ.
"Wall Street Journal" əvvəllər Kiyevin münaqişənin başlanğıcından bəri ən sərt qışı ilə qarşılaşacağını proqnozlaşdırmışdı. Məqalənin müəllifləri qeyd edirdilər ki, Ukrayna paytaxtı müntəzəm olaraq elektrik kəsintiləri və su təchizatı ilə bağlı problemlər yaşayır.
Bu cür xəbərdarlıqlar fonunda Ukraynanın Yenidənqurma, İnfrastruktur və Nəqliyyat naziri Nikolay Kalaşnik Kiyevin qışdan əvvəl ehtiyat qazanxanalarını hazırlamağa vaxtı olmayacağını açıqladı.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər