Bütün xəbərlər
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
Tarix: 23-11-2026 18:55 | Bölmə: Karusel


"Dialoq və danışıqlar Ukrayna böhranının həllinin yeganə mümkün yolu olaraq qalır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinq zamanı bildirib.
Jurnalistlər Çin diplomatından Ukraynadakı vəziyyətin Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və Ağ Ev Prezidenti Donald Tramp arasında Şençjendə keçirilən APEC sammiti çərçivəsində keçirilən üçtərəfli görüşdə müzakirə olunub-olunmadığını soruşublar.
Quo Jiakun qeyd edib ki, Çinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ardıcıl və aydındır.
"Biz davamlı olaraq inanırıq ki, böhrandan çıxışın yeganə mümkün yolu dialoq və danışıqlardır".
ÇİN XARİCİ İŞLƏR NAZİRLİYİNİN RƏSMİ SÖZBAŞÇISI BİLDİRDİ.
Onun sözlərinə görə, Çin sülhə nail olmağa yönəlmiş bütün səyləri dəstəkləyir.
Putin, Tramp və Si Cinpin arasında görüş 19 noyabrda Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutub."Politico" qəzetinin köşə yazarı Ceymi Dettmer sammitdən sonra Rusiya, Çin və ABŞ liderləri arasında görüşün Avropanın təsirinin açıq şəkildə zəiflədiyini göstərdiyini bildirib.



Baxış sayı: 12


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib