Bütün xəbərlər
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Tarix: 27-10-2026 23:32 | Bölmə: Manşet


Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkyanla Yaxın Şərqdəki vəziyyətlə bağlı təkbətək müzakirə apardığını bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, regiondakı vəziyyət Rusiya üçün narahatlıq doğurmaya bilməz.Rusiya lideri Yaxın Şərqdəki vəziyyətin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid etdiyini bildirdi.
Öz növbəsində Məsud Pezeşkyan İranın Rusiyaya siyasi və iqtisadi dəstəyinə görə minnətdar olduğunu və Moskvanın qonaqpərvərliyini yüksək qiymətləndirdiyini bildirdi.
Onun fikrincə, ölkələrimiz çoxqütblü bir dünya yaratmaq üçün çalışmalıdırlar.Bu, həm bir-biri ilə, həm də müstəqil və azad qalmaq istəyən digər ölkələrlə qarşılıqlı əlaqə qurmaq imkanı yaradır.
Putin və Pezeşkyan sonuncu dəfə oktyabrın əvvəlində Türkmənistanda, MDB sammiti və Xəzər Ətraf Mühit Sammiti çərçivəsində şəxsən görüşmüşdülər. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətdən əlavə, iki ölkənin enerji də daxil olmaqla əsas sahələrdə iqtisadi və strateji əməkdaşlığının gücləndirilməsi müzakirə edildi.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər