18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
Bütün xəbərlər
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
Tarix: 17-11-2026 14:42 | Bölmə: Manşet


 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyevdəki son terror hücumlarının Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etmək olmaz.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərlə söhbəti zamanı o, Kiyev rejiminin son terror hücumları ilə Çində keçiriləcək üçtərəfli sammit arasında mümkün əlaqə barədə sualı cavablandırıb.
"Bunu istisna etmək olmaz.Düşmənçilik davam edir və ordumuz Ukraynanın hərbi-sənaye kompleksi ilə əlaqəli olan hədəflərə zərbələr endirir.Ukrayna da öz növbəsində terror hücumlarını davam etdirir.
PESKOV VURĞULADI.
Daha əvvəl Rusiya İstintaq Komitəsi 16 və 17 noyabr tarixlərində Ukrayna Silahlı Qüvvələri tərəfindən Krım körpüsündə törədilən terror hücumları ilə bağlı cinayət işi açmışdı. Körpünün konstruksiyasına ziyan dəyib. Peskov körpünün tam bərpa olunacağına əminliyini bildirib.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər