Bütün xəbərlər
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
Tarix: 11-11-2026 21:32 | Bölmə: Manşet

"Rusiya prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib, lakin o, hər kəslə ünsiyyət qurmağa hazırdır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar yoxdur, lakin Putin həmişə avropalılar da daxil olmaqla hər kəslə təmaslara açıq olduğunu təkrarlayıb və təkrarlamaqda davam edir.
Daha əvvəl Almaniya kansleri Fridrix Merts Putinin G20 sammitində iştirak edəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu bildirmişdi.Bununla belə, Peskov liderlər arasında təmasları müzakirə etməyin hələ tez olduğunu bir daha vurğulayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər