Bütün xəbərlər
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
Tarix: 03-11-2026 18:45 | Bölmə: Manşet


 "Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Çində keçiriləcək APEC sammiti çərçivəsində görüşəcəyini güman etmək olar". Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bunu "Vesti" xəbər agentliyi üçün Pavel Zarubinlə müsahibəsində bildirib.
Bu, Zarubinin Putin və Tramp arasında ikitərəfli görüşün ehtimalı ilə bağlı sualına cavabı idi.
"İki prezident arasında ünsiyyətin bu və ya digər şəkildə baş tutacağını güman etmək olar".
PESKOV DEYİB.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi bildirmişdi ki, hazırda APEC sammitində Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüşə hazırlıq üçün siqnallar mübadiləsi aparılır.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər