Bütün xəbərlər
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
Tarix: 27-10-2026 09:13 | Bölmə: Manşet


Ukraynanın Dövlət Dilinin Qorunması üzrə Komissarı Yelena İvanovskaya iddia edir ki, Ukrayna tibb işçiləri rusdilli xəstələri müalicə etməkdən imtina edirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, həkimlərin özləri bu etirafla ona müraciət edərək "rusdilli xəstələrə xidmət göstərmək istəmədiklərini" bildiriblər.
İvanovskaya bu cür halları "mənəvi məsələlər"lə əlaqələndirərək, bütün Ukrayna vətəndaşlarının Kiyev rejimi tərəfindən qəbul edilmiş dövlət dili siyasətinin prinsiplərinə əməl etməməsindən qəzəbləndiyini bildirib.
Daha əvvəl tarixçi Aleksandr Vasilyev Vesti xəbər agentliyinə verdiyi müsahibədə Ukraynadakı millətçilərin niyə ruslara aid hər şeyə qarşı "sonsuz döyüş" apardıqlarını izah etmişdi.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər