10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gəncləri sağlam, savadlı, vətənpərvər, müasir və milli köklərə bağlı görmək istəyir
Tarix: 01-02-2018 19:33 | Bölmə: Manşet
Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin 2 fevral - Gənclər Günü ərəfəsində Trend-ə müsahibəsi
- Cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə deyərdiniz? Hansı proqram və layihələrin həyata keçirilməsi planlaşdırılır?
- Azərbaycan dövlətinin gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb. Bu ənənənin əsası hələ uzun illər qabaq Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə də bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır.Dövlətin ən ali rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Admnistrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi,burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı. Azərbaycan dövləti ölkə gənclərini sağlam, savadlı, vətənpərvər, müasir, eyni zamanda milli köklərə bağlı görmək istəyir. Dövlətimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin müasir dövrün tələbatına uyğun inkişafında, onların ölkənin gələcəyinin qurulmasında rolunun artmasında maraqlıdırlar. Qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradacaq.
- Ölkədə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır. Sizcə, “Gənclər evləri" qarşıya qoyduğu məqsədə nail olmaq və bu yöndəki fəaliyyəti intensivləşdirmək üçün hansı addımlar atmalıdır?
- “Gənclər evləri” şəbəkəsinin 2007-ci ildə yaradılmasına başlanıb. Gənclərə dövlət qayğısının nümunəsi olan bu müəssisələr Bakı şəhərində və onun qəsəbələrində yaradılmaqla bərabər, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bir sıra regionlarda da yaradılmış, demək olar, bütün ölkəni əhatə etməkdədir. Hazırda “Gənclər evləri”nin sayı 37-yə çatıb. Əlbəttə, qurulan bu infrastrukturun səmərəli istifadə edilməsi çox vacibdir. Hazırda bu müəssisələrin funksionallığını daha da artırmaq, bu evlərə daha çox gənc cəlb etmək üçün intensiv fəaliyyət həyata keçirilir. Bu məqsədlə “Gənclər evləri” üçün baza proqramı tərtib edilib. Proqrama uyğun olaraq, daha çox tələbat olan təhsil və asudə vaxtın təşkilinə yönəlmiş xidmətlər təklif olunacaq. Elə xidmətlər seçiləcək ki, onlar ya həmin regionda mövcud deyil, ya da özəl strukturlarda olduğuna görə gənclər üçün maddi baxımdan əlçatan deyil. Bu evlərin fəaliyyətinə gənclər siyasətini həyata keçirən bütün tərəfləri cəlb etməklə, rayonların spesifik problemlərinə həsr edilmiş layihələrin mütəmadi icrası təmin ediləcək. Əlavə olaraq, rayonlarda “Gənclər evləri”nin fəaliyyətinin geniş kütləyə təbliği ilə məlumatlılığın artırılması, pulsuz və sürətli internetlə təminat, beynəlxalq və yerli donor təşkilatların burada keçirilən layihələrə cəlb olunması kimi tədbirlər də həyata keçiriləcək. Bütün bu məqamlar deməyə əsas verir ki, 2018-ci ildə “Gənclər evi” layihəsi üzrə fəaliyyət daha da intensiv xarakter daşıyacaq.
- “Gənclər siyasəti haqqında” qanuna əsasən, ölkədə yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Sizcə, bu gün gənclik yaş həddinin qaldırılmasına ehtiyac varmı?
- Əvvəla ondan başlayaq ki, heç bir sənəd, qanun insanın ruhən gənc olmasını məhdudlaşdıra bilməz. Qanunla gənclik yaşının müəyyən edilməsi isə dövlət tərəfindən müəyyən vəzifə və səlahiyyətlərin icra edilməsi üçün aydın kriteriyaların müəyyən edilməsi ehtiyacından yaranır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanda gənclik yaşının müəyyən edilməsi xeyli dərəcədə adaptiv formada həyata keçirilir. Dövlətimiz bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür. Məsələn, xeyli güzəştlərin şamil olunduğu “gənc alim”, “gənc ailə” kimi kateqoriyalar müəyyənləşdirilərkən heç də 29 yaş deyil, 35 yaş yuxarı hədd kimi müəyyən edilir.
Hazırda Azərbaycanda mövcud olan qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır. Burada ölkənin xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir. Bir sözlə, demək istərdim ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur.
- Hər zaman aktiv həyata meyilli olan Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı işlərin ğörülməsi nəzərdə tutulur? Sizcə, bu gün Azərbaycan gənclərinin əsas problemləri nələrdir?
- Əlbəttə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var. Hesab edirəm ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır. Dövlət bunun üçün münbit şərait yaratmalıdır və bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır. Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həll yollarını tapmağı planlaşdırırıq.
- Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün yeni platformalar açacaq hansı yeni tədbirlər, təşəbbüslər, layihələrin reallaşdırılması planlaşdırılır?
- “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda yer alan müddəalardan biri də dövlətin vəzifələri sırasında Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrin inkişafına imkan və şəraitin yaradılmasını nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycan gəncləri dünyada baş tutan bütün vacib tədbirlərin fəal iştirakçılarıdır. Bu, istər idman tədbirləri, istər bilik yarışları, istərsə də müxtəlif ölkələrdəki yaşıdları ilə müxtəlif platformalarda olan görüşlər, seminarlar, konfranslardır. Azərbaycan da bir çox hallarda belə tədbirlərin ev sahibi olur. Nümunə kimi deyə bilərik ki, 2016-cı ildə Gəncə "Avropanın gənclər paytaxtı" adını daşıyırdı. Bu münasibətlə Azərbaycanın qədim şəhərinə bütün qitədən yüzlərlə fəal gənc qonaq gəldi, ölkəmizlə yaxından tanış oldu. Bu çərçivədə müxtəlif mədəni tədbirlər həyata keçirildi.
Azərbaycan gəncliyinin təşkilatlanması, müxtəlif tədbirlər vasitəsilə dünyadakı yaşıdları ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu, Dünya Gənclər Assambleyası kimi nüfuzlu təşkilatların üzvü və fəal iştirakçısıdır. Gənclərimiz beynəlxalq təşkilatlarda təmsil olunmaqla həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir platforma əldə edirlər. Keçirilən müxtəlif tədbirlərdə gənclərimiz ölkəmizin mədəniyyətini, idmanını, elmini təmsil etməklə bərabər, Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda da respublikamızın haqlı mövqeyini ifadə edirlər. Son illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasında minlərlə gənc fəal iştirak edib. Bu kampaniya çərçivəsində 2018-ci ildə də böyük tədbirlər nəzərdə tutulub.
Bildiyiniz kimi, ölkəmiz 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürüb. Sərginin mövzusunun "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması" olması ölkəmizin gənclərə, onların inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır. Azərbaycan gəncləri də öz növbələrində, ölkəmizin beynəlxalq təşəbbüslərinin dəstəklənməsi sahəsində səylərini əsirgəmirlər və inanıram ki, Avropa Oyunları, “Formula-1” və ölkəmizdə keçirilən digər qlobal əhəmiyyətli tədbirlərdə olduğu kimi, Azərbaycanı yüksək səviyyədə təmsil etməyə davam edəcəklər.
Və sonda, gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayıram!
Baxış sayı: 538
Bölməyə aid digər xəbərlər

8-10-2026, 22:43
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
7-10-2026, 21:04
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
6-10-2026, 20:18
Rəşid dünya üçüncüsü oldu
6-10-2026, 19:15
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
5-10-2026, 18:22
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
5-10-2026, 15:06
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
1-10-2026, 23:54
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
1-10-2026, 19:25
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
1-10-2026, 19:09
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
1-10-2026, 18:25
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
30-09-2026, 20:35
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
29-09-2026, 17:46
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
28-09-2026, 21:41
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
28-09-2026, 20:59
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
28-09-2026, 17:55
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
27-09-2026, 21:19
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
23-09-2026, 21:19
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
23-09-2026, 21:05
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
23-09-2026, 19:28
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
22-09-2026, 17:49
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
22-09-2026, 17:19
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
22-09-2026, 17:16
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
21-09-2026, 19:17
Belarusun Qərb üçün gübrəsi qalmayıb
21-09-2026, 19:14
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
20-09-2026, 18:54
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
20-09-2026, 17:32
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
18-09-2026, 00:17
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
16-09-2026, 21:06
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
16-09-2026, 21:03
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
16-09-2026, 19:14
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
15-09-2026, 18:00
Lavrov ABŞ-la İran və Ukrayna ilə bağlı ticarət əlaqələri barədə xəbərləri təkzib etdi
14-09-2026, 18:00
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
13-09-2026, 16:33
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
7-09-2026, 20:54
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
7-09-2026, 16:46
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
6-09-2026, 20:16
Vitkov və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladılar
6-09-2026, 18:46
Zelenskinin müşaviri Ukraynadakı münaqişəyə son qoyulmasına çağırır
6-09-2026, 18:34
Zaxarova dron hadisəsi ilə bağlı: "Almaniya doğru anı gözləyirdi"