Bütün xəbərlər
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin doğum günüdür -TƏBRİK EDİRİK!
Tarix: 14-01-2018 00:01 | Bölmə: Manşet

Talıbov Vasif Yusif oğlu — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilmişdir.
Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.
Vasif Talıbov Dünya Azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyyətinin sədridir.
Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Sabaha-inamla.Az saytının kollektivi başda Namiq Məmmədli olmaqa Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və işində uğurlar arzulayırlar!




Baxış sayı: 1 014


Bölməyə aid digər xəbərlər