21:15 / 27-09-2026
Turist itkin düşüb
Bütün xəbərlər
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
Tarix: 28-09-2026 21:41 | Bölmə: Manşet

 "Serbiya prezidenti vəzifəsindən istefa verən Aleksandar Vuçiç milli lider statusu qazanıb". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko "Vesti" xəbər agentliyinə bildirib.
"Bütün prezidentlik müddəti ərzində və əvvəlki siyasi karyerası ərzində - baş nazir, Serbiya üçün çox çətin müharibə böhranı zamanı informasiya naziri və partiya lideri kimi - Aleksandar Vuçiç həqiqətən milli lider statusu qazanıb. Əsas məsələ budur. Əlbəttə ki, onun aparıcı rolu qalacaq. Aleksandar Vuçiçin hansı yeri tutmasının əhəmiyyəti yoxdur".
Bundan əvvəl Botsan-Xarçenko Vuçiçin partiyasının oktyabr ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyi barədə fikirlərini bildirmişdi.
"Serbiya konstitusiyası nəzərə alınmaqla, Vuçiçin ictimai həyatda baş nazir və hökumət başçısı kimi xeyli səlahiyyətləri olacaq".
O, əlavə etdi.
Daha əvvəl Rusiyanın Serbiyadakı səfiri seçkilərdən sonra ölkədə rəngli inqilab cəhdlərini istisna etməmişdi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər