20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
Tarix: 17-09-2026 17:58 | Bölmə: Manşet


Rusiya hazır deyil və Ermənistanın Avropaya inteqrasiya prosesini maliyyələşdirmək niyyətində deyil, - deyə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının Elmi və Ekspert Şurasının Rəyasət Heyətinin iclasında bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Şoyqunun xatırlatdığlna görə, ölkə rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi bəllidir: Yerevan nəhayət xarici siyasət istiqaməti barədə qərar verməli və Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü saxlamaq barədə referendum keçirməlidir.
Təhlükəsizlik Şurasının katibi həmçinin vurğulayıb ki, Aİ ilə yaxınlaşma istiqamətində atılan hər bir addım təbii və obyektiv nəticələrə səbəb olacaq.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər