23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
Tarix: 16-09-2026 21:03 | Bölmə: Manşet


 Ermənistan heç vaxt Rusiya ilə 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini qaldırmayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sputnik Armenia"nın sitat gətirdiyinə görə, bunu Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, o, 2018-ci ildən bəri dəfələrlə Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli Rusiya rəsmiləri ilə danışıb, lakin bazanın çıxarılması məsələsi qaldırılmayıb.
2018-ci ildən bəri Rusiya Federasiyasının prezidenti və digər yüksək vəzifəli şəxslərlə əlaqə saxlayıram və heç vaxt 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam.
PASİNYAN BƏYAN EDİB.
Eyni zamanda, Ermənistanın baş naziri qeyd edib ki, Moskvanın özü bazanı geri çəkmək qərarına gəlsə, Yerevan etiraz etməyəcək, çünki onun sözlərinə görə, Rusiya qoşunlarının olması Ermənistan üçün "həyati" deyil. Paşinyan əlavə edib ki, Rusiya bazanı saxlamaq istəsə, Ermənistan tərəfi bunu müzakirə etməyə hazırdır.
Əvvəllər Ermənistan Rusiya Silahlı Qüvvələrinin bazası üçün icarə haqqının artırılmasına icazə vermişdi.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər