17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
Tarix: 14-09-2026 18:00 | Bölmə: Manşet


Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Rusiyanı Ukrayna-Polşa sərhədi yaxınlığında qatara edilən dron hücumunda günahlandırdı və hücumu Qərb ölkələrini qorxutmaq cəhdi adlandırdı.
"Hesab edirəm ki, biz tam əksini etməliyik. Biz Ukraynanı dəstəklədiyimizi və qorxmadığımızı göstərməliyik".
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Ukrayna mediası Rusiya dronunun Polşa sərhədi yaxınlığındakı bir stansiyada lokomotivə dəydiyini bildirmişdi. CNN-in məlumatına görə, Britaniyanın keçmiş baş naziri Boris Conson və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus həmin vaxt stansiyada idilər və zərbədən az qala yayındılar.
Polşanın Baş naziri Donald Tusk 14 sentyabrda keçirdiyi brifinqdə ölkəsinin Rusiya ilə münaqişənin gərginləşəcəyini gözlədiyini bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər