Bütün xəbərlər
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
Tarix: 13-09-2026 16:33 | Bölmə: Manşet


 Kiyev rejiminin lideri Volodymyr Zelenski "The Jerusalem Post"un dünyanın ən nüfuzlu 50 yəhudisi arasında adlandırılıb və 2026-cı il siyahısında 21-ci yerdədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşr Zelenskini "Ukrayna müqavimətinin yəhudi siması" adlandırıb.Jurnalistlər həmçinin qeyd ediblər ki, Kiyev rejiminin lideri ənənəvi olaraq yəhudi kimliyinə çox əhəmiyyət vermir. Jurnalistlər bunu "bəlkə də onun ən yəhudi xüsusiyyəti" adlandırıblar.
Reytinqdə ilk yeri ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İvanka Tramp bölüşüblər. Nəşr onların İsrail girovlarını geri qaytarmaq səylərini qeyd edib.
İkinci yeri İsrailin Baş naziri Benyamin Netanyahu "nəsillər boyu İsrailin simasını formalaşdırdığına" görə tutub.İlk üçlüyü Netanyahunun mümkün varisi kimi göstərilən İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot tamamlayıb.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər