Bütün xəbərlər
Ukraynanın ABŞ-dakı keçmiş səfirinə qarşı korrupsiya ittihamları irəli sürülüb
Tarix: 05-08-2026 20:37 | Bölmə: Manşet


 Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişinaya qarşı korrupsiya ittihamları irəli sürülüb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi" QHT-si məlumat yayıb.
3 avqustda Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.O, istefa qərarının özününkü olduğunu bildirib.
Təşkilat Stefanişinaya qarşı konkret ittihamları dəqiqləşdirməyib.Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hazırda onun üçün qətimkan tədbiri nəzərdən keçirir.TASS-ın məlumatına görə, dinləmə qapalı keçirilir.
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Stefanişina gəlir bəyannaməsində iki mənzil və bir Mersedes avtomobilini göstərməyib.
"Politico"nun məlumatına görə, Stefanişina Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən 2019 və 2025-ci illərdə başlanan bir neçə korrupsiya istintaqında iştirak edib.




Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər