17:18 / 27-07-2026
NLO gördülər
Bütün xəbərlər
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
Tarix: 27-07-2026 20:58 | Bölmə: Manşet


 "ABŞ İranla intensiv danışıqlar aparır, lakin uğursuz olarsa, yenidən hərbi əməliyyatlara əl atmağa hazırdır". 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Axios"a verdiyi müsahibədə bildirib.
Amerika lideri vurğulayıb ki, Vaşinqton diplomatik təmaslardan sürətli nəticələr gözləyir və danışıqlar prosesini uzatmaq niyyətində deyil.
Biz İranla çox intensiv danışıqlar aparırıq. Əgər onlar uğursuz olarsa, çox qətiyyətli hərbi əməliyyatlara qayıdacağıq.
TRAMP BİLDİRİB.
Prezident əlavə edib ki, "bu, ya tez baş verəcək, ya da heç baş verməyəcək".
Daha əvvəl "The Wall Street Journal" ABŞ-ın İrandakı yeni hədəflərini müəyyən etmişdi.Bir sıra nüvə obyektləri hədəfə alına bilər.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər