17:18 / 27-07-2026
NLO gördülər
Bütün xəbərlər
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
Tarix: 27-07-2026 17:53 | Bölmə: Manşet


 Andrea Pirlo İtaliya milli komandasını çalışdırmayacaq. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş "Yuventus" və "Sampdoriya" məşqçisi bu barədə sosial mediada məlumat verib.
47 yaşlı mütəxəssis həmçinin xoşagəlməz xəbəri bir gün əvvəl aldığını əlavə edib.
"Dünən gecə öyrəndim ki, artıq İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizəd deyiləm".
"La Qazzetta dello Sport"un məlumatına görə, italyan mütəxəssisin mümkün təyinatı onun Rusiya bukmeker şirkəti ilə təmasları səbəbindən siyasi mübahisələrə səbəb olub. Parlamentin bir neçə üzvü Pirloya qarşı çıxış edib.
Daha əvvəl Pirlonun İtaliya Futbol Federasiyasının milli komandanı çalışdırmaq təklifini qəbul etdiyi bildirilirdi.Məşqçinin uzunmüddətli müqavilə imzalaması gözlənilirdi.
Pirlo İtaliya millisində 116 oyun keçirib, 13 qol vurub.O, komanda ilə Dünya Kubokunun qızıl və Avropa Çempionatının gümüş medalını qazanıb.




Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər