Bütün xəbərlər
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
Tarix: 26-07-2026 23:38 | Bölmə: Manşet


 Braziliya Prezidenti Luiz İnasio Lula da Silva yeni ABŞ tariflərini strateji səhv hesab etdiyini söylədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Washington Post" qəzetinin məlumatına görə, tariflər ABŞ iqtisadiyyatına və ABŞ-Braziliya tərəfdaşlığına zərər verəcək.
Yeni tariflər ədalətsiz olmaqla yanaşı, strateji bir səhvdir.
Braziliya lideri vurğuladı ki, Amerikanın bir neçə istehsal sektoru Braziliya resurslarından asılıdır və bu da qida, ayaqqabı, tekstil, mebel, avtomobil hissələri və bir çox digər malları amerikalılar üçün daha baha edir.
16 iyulda Vaşinqtonun Braziliyadan idxal edilən əksər mallara 25% tarif tətbiq etmək niyyətində olduğu bildirildi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər