Bütün xəbərlər
Britaniya Arktikada Rusiya sualtı qayıqları ilə mübarizə aparmaq niyyətindədir
Tarix: 30-06-2026 22:01 | Bölmə: Manşet


 Böyük Britaniya Arktikada Rusiya sualtı qayıqları ilə mübarizə aparmaq məqsədi daşıyan Atlantik Bastion proqramına 1,5 milyard funt sterlinq ayıracaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Britaniya Müdafiə Nazirliyinin büdcəsindən irəli gəlir.
Nazirlik növbəti dörd il üçün müdafiə büdcəsini dərc edib və ona əsasən, müdafiə sənayesinin müxtəlif sahələrinin inkişafına təxminən 300 milyard funt sterlinq ayrılacaq. Bundan əlavə, Britaniya 2029-cu ilə qədər illik hərbi büdcəsini 80 milyard funt sterlinqə çatdırmaq niyyətindədir.
Atlantik Bastion Böyük Britaniyanı və NATO müttəfiqlərini yeni təhlükələrdən qorumaq üçün qabaqcıl hibrid dəniz qüvvələri yaradacaq. Bu səyləri dəstəkləmək üçün növbəti dörd il ərzində əlavə 1,5 milyard funt sterlinq xərcləyəcəyik.
BƏYANATDA DEYİLİR.
Planın Şimali Atlantikanı Rusiyanın modernləşdirilmiş sualtı donanmasının yaratdığı təhdidlərdən qorumağı əhatə etdiyi dəqiqləşdirilir.
Əvvəllər bildirilirdi ki, Böyük Britaniya son altı ay ərzində Arktikada Rusiyaya qarşı kəşfiyyatı kəskin şəkildə gücləndirib.RT-nin məlumatına görə, London xüsusilə hərbi gəmilərlə maraqlanır.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər