Bütün xəbərlər
Rusiya səfiri: "Avropa İttifaqı Serbiyanı Rusiya və Çinlə əlaqələrini kəsməyə məcbur etməyə çalışır"
Tarix: 26-05-2026 13:56 | Bölmə: Manşet

Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko Vesti xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı Serbiyaya Çinlə əməkdaşlığa son qoymaq üçün təzyiqi artırıb, lakin bu mümkün deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Diplomatın sözlərinə görə, AB-nin təzyiqinin əsas məqsədi Serbiyanın Rusiya ilə əlaqələrini kəsmək istəyidir. Lakin eyni gündəm indi Çinlə bağlı da gücləndirilib.
İndi onlar Serbiyanın Çinlə əlaqələrini kəsməyə yönəlmiş təzyiqi artırırlar. Vurğulayıram ki, bu, tamamilə qeyri-realdır. Həm ölkəmiz, həm də Çinlə (əlaqələri) azaltmaq mümkün deyil. Çindən danışmışkən, (Prezident) Aleksandr Vuçiçin Pekində investisiyalar, maliyyə sektoru, yeni texnologiyalar və süni intellektlə bağlı əldə etdiyi razılaşmaları və anlaşmaları nəzərə almaq kifayətdir.
BOTSAN-XARÇENKO DEYİB.
Serbiya prezidenti Çinə səfəri zamanı vaxtından əvvəl istefa vermə ehtimalını açıqladı. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin yazında başa çatır.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər