15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
17:41 / 24-08-2026
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
17:39 / 24-08-2026
Kotlet və mantılarda salmonella aşkar edilib
17:36 / 24-08-2026
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
17:11 / 24-08-2026
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
14:48 / 24-08-2026
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
14:29 / 24-08-2026
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
20:46 / 23-08-2026
Putin Çeçenistanın ilk prezidentinin 75 illik yubileyi münasibətilə Kadırova zəng etdi
20:43 / 23-08-2026
İranda ehtiyatları 200 milyard kubmetrdən çox olan qaz yatağı kəşf edilib
20:40 / 23-08-2026
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
20:37 / 23-08-2026
Almaniya 2026-cı ildə "Leopard" tankları, "Poseidon" təyyarələri və "F-35" təyyarələri alacaq
20:34 / 23-08-2026
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
20:31 / 23-08-2026
Əraqçi: "İran ABŞ sanksiyalarına necə müqavimət göstərəcəyini bilir, çünki bu təkrarlanan ssenaridir"
20:27 / 23-08-2026
Çin, Rusiya Ay toz detektorunu daşıyan zondun buraxılışını təxirə saldı
20:20 / 23-08-2026
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
20:15 / 23-08-2026
Kuşner və Vitkoffun Kiyev və Moskvaya səfərləri təxirə salınıb
20:11 / 23-08-2026
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
20:08 / 23-08-2026
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20:05 / 23-08-2026
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
20:01 / 23-08-2026
Efiopiyalı qaçışçı Yarımarafon Dünya Rekorduna imza atdı
19:16 / 23-08-2026
Yapon fiqurlu konkisürənlər və Olimpiya çempionları Miura və Kihara nişanlandıqlarını elan etdilər
19:12 / 23-08-2026
Hindistan Rusiya neftindən rekord asılılığa çatdı
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
Tarix: 16-05-2026 12:51 | Bölmə: Manşet

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular, Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdülər. Prezident İlham Əliyev, həmçinin Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak etdi. Bir səfər çərçivəsində görülən işlər ümumilikdə azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin nə qədər genişmiqyaslı olduğunu nümayiş etdirir. Qeyd edək ki, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində artıq 9 şəhər sakinlərinə qovuşub. May ayının 10-da, Ümummilli Liderin doğum günündə növbəti ünvana - Zəngilana qayıdış həyata keçirildi. Zəngilan rayonunun Ağalı kəndi azad edilmiş ərazilərimizdə həyata keçirilən təkmil təcrübə - “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında bərpa edilən, həmçinin sakinlərinə qovuşan ilk yaşayış məntəqəsidir. Amma bu məqamı qeyd etməliyik ki, Böyük Qayıdış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin Cocuq Mərcanlıya qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin Aprel döyüşlərində rayonun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada müasir qəsəbə salınıb və yerli sakinlərin geri qayıtması təmin olunub. O da məlumdur ki, Cəbrayıl rayonu 44 günlük İkinci Qarabağ müharibəsində ilk azad edilən rayon oldu. Dövlətimizin başçısı İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bu çağırışı etdi: “İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.”
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi. Prezident İlham Əliyev istər Cəbrayıl, istərsə də Zəngilan rayon sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqlarından geniş bəhs edərək ərazilərimizin tamamilə dağıdıldığını, yerlə-yeksan edildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycan xalqı tarixi Zəfərimizdən ötən beş ildən artıq dövrdə bu əraziləri qurub yaradır, soydaşlarımızın yaşayışı üçün bütün zəruri işlərin görülməsinə səy göstərir. Azərbaycanın təkmil dirçəliş modeli, bu torpaqlarda tətbiq etdiyi müasir idarəçilik sistemi beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan brendi sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi də daxil edildi. Bütün azad edilmiş şəhər və kəndlərimiz Baş Plan əsasında müasir tələblər səviyyəsində qurulur. Bütün yeniliklər tətbiq edilir. Əhalinin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.
Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz görüşlərdə hər bir rayonun malik olduğu iqtisadi imkanlardan, onların əsasında görülən işlərdən, yaradılan şəraitdən geniş bəhs etdi. Cəbrayıl rayonunda “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə cəmi iki sənaye zonası nəzərdə tutulub - Ağdamda və Cəbrayılda. Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacağını bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Cəbrayılda ən böyük Günəş elektrik stansiyaları inşa edilir. Artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salınıb, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Azad edilmiş bütün bu ərazilər ölkəmizin başqa əraziləri ilə yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə bağlanır.
Vüqar Rəhimzadə qeyd edib ki, Zəngilan rayonuna gəldikdə Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq status qazanan üç hava limanından biri bu ərazidədir. Zəngilan şəhərinin Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi bu torpaqda görülən işlərin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Bu, Zəngilanı nəinki Azərbaycanın, ümumilikdə regionun nəqliyyat mərkəzlərindən birinə çevrilməsini şərtləndirir. Azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda yaradılıb. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdilər.
Dövlətimizin başçısı İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqları ilə bugünümüzü müqayisəli təhlil edərək bir daha bildirdi ki, 30 il Zəngilan onların əlində idi. Əgər bu, onların torpağı idisə, daşı-daş üstə qoyardılar. Zəngilanın o dağılmış məscidini konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın onlar bizim dini-tarixi abidələrimizi nə günə salmışdılar. Bu, onların idisə, tikib qurardılar. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır. Yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hər iki görüşdəki çıxışı mühüm mesajlarla diqqətdədir və hazırda dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısının elə bir çıxışı yoxdur ki, 1992-ci ildə bilavasitə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan, hazırda isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs etməsin. Bu qurum, onun həmsədr ölkələri fəaliyyətlərini Ermənistana dəstək missiyasını yerinə yetirmək kimi başa düşərək bütün addımları bir məqsədə-Qarabağ münaqişəsinin dondurulmasına yönəltmişdilər. Hər zaman bu məqamı xüsusi qeyd edirik ki, həmin ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatma ona görə dönə-dönə edilir ki, onlar Qarabağla bağlı 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak ediblər. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının, eyni zamanda, Ermənistan silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyinin əksini tapdığı həmin qətnamələrin qəbulunda iştirak edən dövlətlər reallıqda tamamilə fərqli yanaşma nümayiş etdirdilər. İkili standartlara əsaslanan siyasətin yaratdığı problemləri Azərbaycan istər keçmiş Qarabağ münaqişəsinin həllində, istərsə də postmünaqişə dövründə özünə qarşı daha aydın şəkildə görür. Dövlətimizin başçısı İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə bir daha bu reallıqlara diqqəti yönəltdi. “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Dövlətimizin başçısı onu da vurğuladı ki, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsində müharibə aparırdılar. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı bunların qarşısında böyük iradə nümayiş etdirdi. Azərbaycan müstəqil dövlət kimi hər zaman siyasətində qətiyyəti ilə beynəlxalq aləmin diqqətindədir. Hər bir hədəfə doğru inamla addımlayan Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti Azərbaycanın bütün uğurlarının əsasıdır. Bu gün sülh şəraitində yaşayırıq. Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi bütün reallıqların, keçilən yolun təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və qurub-yaradan xalq kimi tanınmağımız Azərbaycanın hörmətini artıran əsas səbəblərdəndir. Preziden İlham Əliyev çıxışında Ermənistana öz maraqları naminə dəstək funksiyasını yerinə yetirən bəzi dövlətlərə və onların liderlərinə də mesajlarını çatdırdı. Vurğuladı ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir.”
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana hazırda beynəlxalq dəstək göz qabağındadır. Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Ölkəmizə hörmət, rəğbət, xoş münasibət daha da möhkəmlənir.
Baxış sayı: 319
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.