20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Əraqçi Pekində Vanq Yi ilə görüşüb
Tarix: 06-05-2026 20:43 | Bölmə: Manşet


 İranın xarici işlər naziri Abbas Əraqçi Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iranlı diplomat İslam Respublikasının Çinə etibar etdiyini və Pekinin Yaxın Şərqdəki münaqişənin həllində fəal rol oynamağa davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə konstruktiv danışıqlar apardım. Tərəflər İranın dövlət suverenliyini və milli ləyaqətini müdafiə etmək hüququnu bir daha təsdiqləyib və İran tərəfi Çinin regionda sülh və sabitliyin qorunması və təşviqi üçün dörd bəndlik təşəbbüsünü yüksək qiymətləndirib.
Əraqçi tərəfindən X sosial mediada yazılıb.
Daha əvvəl İran Xarici İşlər Nazirliyi Əraqçinin Vanq Yi ilə danışıqlar üçün Çinə gəldiyini açıqlayıb.
İranlı diplomat həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması və Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından keçməsi məsələsini müzakirə edib.
28 fevralda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb və bu da Hörmüz boğazının bağlanmasına səbəb olub.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər