Bütün xəbərlər
Tramp İranla atəşkəs rejimini uzatmaq istəmir
Tarix: 21-04-2026 17:46 | Bölmə: Manşet

 ABŞ Prezidenti Donald Tramp yenidən İranla atəşkəs rejimini uzatmaq istəmədiyini bildirdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, niyyətini CNBC-də bildirdi.
ABŞ və İran arasında elan edilmiş iki həftəlik atəşkəs rejimi 22 aprel çərşənbə günü başa çatacaq.
"Mən bunu etmək istəmirəm (atəşkəs rejimini uzatmaq – Red.). Bizim çox vaxtımız yoxdur.
TRAMP BİLDİRDİ.
Eyni zamanda, Amerika lideri atəşkəsi yaxşı fikir adlandırdı, çünki ABŞ ordusu bu müddət ərzində yenidən silahlanıb.
Bizdə o qədər çox sursat, o qədər çox şey var ki, dörd-beş həftə əvvəlkindən daha güclüyük.Ona görə də ehtiyatlarımızı doldurmaq üçün bundan istifadə etdik.
TRAMP VURĞULAYIB.
Onun sözlərinə görə, ABŞ ordusu lazım gələrsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Daha əvvəl ABŞ mediası ABŞ-İran danışıqlarının ikinci raundunun 22 aprel səhərinə təyin olunduğunu bildirmişdi. Lakin İran tərəfi Trampın "danışıqlar masasını təslim olma masasına" çevirməyi hədəflədiyini vurğuladı.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər