10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Vüqar Rəhimzadə: "Azərbaycan qlobal sülh və əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək"
Tarix: 18-04-2026 12:48 | Bölmə: Manşet

Azərbaycan dünyanı Bakıya toplayan COP29 tədbirinin ardınca müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. May ayında keçiriləcək bu tədbirə hazırlıq prosesi bu gün dünyanın diqqətindədir. Ümumiyyətlə indiyədək ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin hər biri yüksək təşkilatçılığı, uğurlu nəticələri ilə diqqətdə olub. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun da yüksək səviyyədə təşkil ediləcəyinə və qonaqlar tərəfindən məmnunluq hissi ilə qarşılanacağına əminik.
Bu reallıq da hər zaman qeyd edilir ki, keçirilən tədbirlər müzakirə edilən mövzu ilə yanaşı, məkan baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın hər zaman tədbirlərdə daha çox diqqət yönəldilən tərəf olduğu diqqətdən kənar qalmır. Bu, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasından, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən siyasətindən irəli gəlir. Dünyanın ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı ölkənin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarından hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhər idarəetməsi üzrə ekspertlərin, alimlərin və aparıcı şirkətlərin təmsilçilərinin iştirakı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Sözügedən Forum qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Tədbir Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallıqlar fonunda sülh təcrübəsini dünyaya təqdim edir, bu halda belə bir tədbirin regionda dayanıqlı sülhün, təhlükəsizliyin möhkəmlənməsinə verəcəyi töhfələr inkaredilməzdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Milli Şəhərsalma forumlarında təqdim edildi. Dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. O da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün əlverişli yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.
Vüqar Rəhimzadə vurğulayıb ki, şübhəsiz irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkili Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühüm mərhələlərdir. Bu tədbirlərdə aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin özəlliyi bundan ibarətdir ki, bəzən məkan paytaxt Bakı olsa da iştirakçıların azad edilmiş ərazilərə səfərləri təşkil edilir, yaxud tədbirlərin panel iclaslarından biri bu torpaqlarda təşkil edilir. Bu kimi addımlar Azərbaycan reallıqlarının təbliği üçün mühüm vasitədir. Tədbir iştirakçıları 30 illik işğal dövrünün dağıntılarının müasir şəhərsalma ilə əvəzlənməsinin şahidinə şevrilirlər. Bu gün Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Ağdam, Şuşa, Xocalı, Xocavənd, Xankəndi şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan haqqında təsəvvürlərin gerçəkliklərlə əvəzləndiyi bir tədbir olacaq. İlk dəfə tədbirə qatılacaq iştirakçılar Azərbaycanın şəhərlərinin dünyanın gözəl şəhərlər sırasında yer almasını şərtləndirən amilləri yaxından görmək imkanı qazanacaqlar.
Millət vəkili bildirib ki, keçirilən hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasında da əhəmiyyətli rol oynayır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək panel müzakirələri, ikitərəfli görüşlər və əməkdaşlıq platformaları vasitəsilə müxtəlif ölkələr arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması mümkün olacaq. Azərbaycan əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək. Başqa sözlə Forum sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarının həyata keçirilməsinə öz töhfəsimni verəcək. Müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətində olan Azərbaycan üçün tarixi Zəfərimizə gedən yolun, həmçinin ölkəmizin sülh təcrübəsinin təqdimatı üçün imkanlar yaranır. Şəhərsalma təcrübəsinin təkmilləşməsində hər bir ölkəninj iqtisadi imkanları əsasdır. Bu baxımdan Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail olmağın təcrübəsini də tədbir iştirakçılarına çatdıracaq. Forum bu realllığa da işıq salacaq ki, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, WUF13 kimi böyük əhəmiyyətə malik olan Forumun paytaxt Bakıda təşkili Azərbaycanın beynəlxalq platformalarda fəal iştirak edən və qlobal problemlərin həllinə töhfə verən tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.
Baxış sayı: 330
Bölməyə aid digər xəbərlər

8-10-2026, 22:43
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
7-10-2026, 21:04
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
6-10-2026, 20:18
Rəşid dünya üçüncüsü oldu
6-10-2026, 19:15
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
5-10-2026, 18:22
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
5-10-2026, 15:06
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
1-10-2026, 23:54
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
1-10-2026, 19:25
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
1-10-2026, 19:09
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
1-10-2026, 18:25
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
30-09-2026, 20:35
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
29-09-2026, 17:46
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
28-09-2026, 21:41
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
28-09-2026, 20:59
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
28-09-2026, 17:55
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
27-09-2026, 21:19
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
23-09-2026, 21:19
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
23-09-2026, 21:05
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
23-09-2026, 19:28
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
22-09-2026, 17:49
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
22-09-2026, 17:19
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
22-09-2026, 17:16
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
21-09-2026, 19:17
Belarusun Qərb üçün gübrəsi qalmayıb
21-09-2026, 19:14
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
20-09-2026, 18:54
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
20-09-2026, 17:32
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
18-09-2026, 00:17
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
16-09-2026, 21:06
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
16-09-2026, 21:03
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
16-09-2026, 19:14
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
15-09-2026, 18:00
Lavrov ABŞ-la İran və Ukrayna ilə bağlı ticarət əlaqələri barədə xəbərləri təkzib etdi
14-09-2026, 18:00
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
13-09-2026, 16:33
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
7-09-2026, 20:54
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
7-09-2026, 16:46
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
6-09-2026, 20:16
Vitkov və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladılar
6-09-2026, 18:46
Zelenskinin müşaviri Ukraynadakı münaqişəyə son qoyulmasına çağırır
6-09-2026, 18:34
Zaxarova dron hadisəsi ilə bağlı: "Almaniya doğru anı gözləyirdi"