Bütün xəbərlər
Meloni: "Trampın Papa haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm"
Tarix: 13-04-2026 21:29 | Bölmə: Manşet


 İtaliya Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampın Papa Leo XIV-ə qarşı tənqidlərini qəbuledilməz hesab etdiyini bildirdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Meloninin şərhləri onun mətbuat xidməti tərəfindən yayılıb.
"Prezident Trampın Müqəddəs Ata haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm".
MELONI XƏBƏRDARLIQ EDİB.
O, Papanın Katolik Kilsəsinin rəhbəri olduğunu xatırlatdı və onun sülhə çağırış etməsinin və hər hansı bir hərbi münaqişəni pisləməsinin təbii olduğunu qeyd etdi.
Əvvəllər Leo XIV bir neçə müharibə əleyhinə bəyanat vermişdi və Tramp "bu Papanın cinayətkarlıq və xarici siyasət məsələlərində zəif olduğunu" bildirmişdi.Tramp həmçinin bildirib ki, əgər onun prezidentliyi olmasaydı, amerikalı Papa seçilməzdi.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər