Bütün xəbərlər
Tramp Hörmüz boğazı üzərindən İrana sərt reaksiya verdi
Tarix: 05-04-2026 18:25 | Bölmə: Manşet

 ABŞ prezidenti Donald Tramp 7 aprel Çərşənbə axşamı günü İranda "elektrik stansiyası günü" və "körpü günü" keçirəcəyi ilə hədələdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Ağ Ev rəhbəri bu barədə sosial media platforması Truth Social-da yazıb.
Amerika lideri həmçinin Tehran Hörmüz boğazından keçidi açmasa, İranı kobudcasına cəhənnəmlə hədələyib.
"Çərşənbə axşamı İranda "elektrik stansiyası günü" və "körpü günü" olacaq - hamısı bir araya gəldi. Bu, əvvəllər heç vaxt olmayıb!!! Lənətə gəlmiş boğazı açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız".
TRAMP TƏRƏFİNDƏN YAZILIB.
4 apreldə Tramp Tehrana xəbərdarlıq etdi ki, İranın müqaviləni imzalamaq üçün son tarixi bitib.Trampın sözlərinə görə, onun Vaşinqtonla müqaviləni bağlamaq üçün iki günü qalıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər