19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Şoyqu: "İranda baş verən hadisələr dünyada milyonlarla insanı aclıqdan təhdid edir"
Tarix: 02-04-2026 21:25 | Bölmə: Manşet


 Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Misir xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşdə İran ətrafındakı qeyri-sabitliyin qlobal logistikanın ciddi şəkildə pozulmasına səbəb olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ərzaq təchizatı zəncirlərinin pozulması təkcə Afrikada deyil, bütün Yaxın Şərqdə milyonlarla insan üçün yoxsulluq və aclıq təhlükəsi yaradır.
Şoyqu vurğulayıb ki, Rusiya artıq İrana, ABŞ-a və İsrailə "masalarında" olan konkret münaqişələrin həlli variantlarını təqdim edib. Misir tərəfi humanitar fəlakətin və regionda daha da gərginləşmənin qarşısını almaq üçün Moskva ilə sıx koordinasiyanın zəruriliyini dəstəkləyib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər