22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
Bütün xəbərlər
Əraqçi: "İranın zənginləşdirilmiş uranı dağıntılardan çıxarmaq niyyəti yoxdur"
Tarix: 15-03-2026 21:04 | Bölmə: Manşet


İranın hazırda zənginləşdirilmiş uranı dağıntılardan çıxarmaq planı yoxdur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "CBS News"ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbələr endirib və bütün zənginləşdirilmiş uranı dağıntılar altında qoyub.
Əlbəttə ki, onu çıxarmaq mümkündür, amma agentliyin (Beynəlxalq Atom Enerjisi Agentliyi - redaktorun qeydi) nəzarəti altında.Əgər biz bunu etmək qərarına gəlsək, hər şey agentliyin nəzarəti altında olacaq.
O, əlavə edib ki, İranın uran zənginləşdirməsindən imtina etməsi ilə bağlı danışıqlar hazırda aparılmır.
Daha əvvəl Rosatom rəhbəri Aleksey Lixaçev Rusiya tərəfinin İranın nüvə silahı hazırladığına dair heç bir konkret təsdiq almadığını bildirmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər