19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Zelenski on rus paralimpiyaçısına qarşı sanksiyalar tətbiq etdi
Tarix: 15-03-2026 20:55 | Bölmə: Manşet

 Kiyev rejiminin lideri Vladimir Zelenski on rus paralimpiyaçısına qarşı sanksiyalar tətbiq edən fərman imzaladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.Zelenskinin imzaladığı fərmanda məhdudiyyətlərin idmançıların guya "təcavüzkar müharibədə iştirakı" səbəbindən tətbiq edildiyi bildirilir.
Paralimpiyaçılar həmçinin guya "Rusiya təbliğatını yaymaqda" ittiham olunurlar.
Əvvəllər Ukrayna ekstremistlərinin "Sülhməramlı" saytı (Rusiyada bloklanıb) xüsusi hərbi əməliyyat zonasında rus əsgərlərini dəstəkləyən "Vətən Müdafiəçiləri" fondunun üzvlərinin siyahısını dərc etmişdi.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər