Bütün xəbərlər
Peskov: "Yaxın Şərqdəki münaqişə bizim müharibəmiz deyil"
Tarix: 05-03-2026 17:22 | Bölmə: Manşet

 Yaxın Şərqdəki münaqişənin eskalasiyası Rusiyanın müharibəsi deyil. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti xəbər agentliyinə verdiyi şərhdə bildirib.
O, Moskvanın Yaxın Şərqdəki vəziyyətə müdaxilə edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib.
Qulaq asın, davam edən müharibə bizim müharibəmiz deyil. Və biz lap əvvəldən bildirmişik ki, istənilən müharibə regionun qeyri-sabitliyinə səbəb ola bilər. Və biz məhz bunu görürük. Bu müharibəyə cəlb olunan ölkələrin sayının durmadan artdığını görürük.
PESKOV DEYİB.
Kreml sözçüsü əlavə edib ki, Rusiya öz maraqlarına uyğun olanı etməlidir. Xüsusilə, bu, qlobal çevrilişlərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək deməkdir.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər