Bütün xəbərlər
Pezeşkian Yaxın Şərq liderlərinə müracət etdi
Tarix: 04-03-2026 23:44 | Bölmə: Manşet

İran Prezidenti Məsud Pezeşkian, İslam Respublikasının bölgədə yerləşən hədəflərə endirdiyi zərbələrdən sonra X sosial media səhifəsində Yaxın Şərq liderlərinə mesaj yayımladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Tehran diplomatik yollarla müharibədən yayınmağa çalışıb.
Lakin Amerika-sionist hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymayıb. Biz sizin suverenliyinizə hörmət edirik və regionda sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik.
PEZEŞKİAN ƏLAVƏ EDİB.
28 fevralda ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq Tehran Yaxın Şərqdə yerləşən Amerika bazalarına və İsrailə qarşı zərbələr endirib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər