21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Lavrov: "Ukraynada sülh bərqərar olana qədər Trampın hərəkətlərindən çox sevinməməliyik"
Tarix: 10-02-2026 10:35 | Bölmə: Manşet

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada sülh bərqərar olana qədər ABŞ prezidenti Donald Trampın hərəkətlərindən çox sevinməyə ehtiyac yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Ukrayna münaqişəsinin həlli üçün danışıqlar davam edir və hələ uzun bir yol var.
"Bunu dəfələrlə demişik: baş verənlərə çox sevinməməliyik: ABŞ prezidenti Donald Tramp avropalıları, Volodymyr Zelenskini öz yerinə qoyub və onlardan tabe olmağı tələb edir.Ukraynada sülhə nail olmaq istəyiriksə, bu, yaxşıdır, amma hələ ki, buna nail olmamışıq", - deyə, Lavrov NTV-yə verdiyi müsahibədə bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün qapını açıq saxladığını bildirmişdi. Peskov əlavə edib ki, Rusiya xüsusi əməliyyatını davam etdirir.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər