21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Lavrov: "Merzin hərəkətləri müharibəyə hazırlığı nümayiş etdirir"
Tarix: 05-02-2026 19:00 | Bölmə: Manşet

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya kansleri Fridrix Merzin hərəkətləri müharibəyə hazırlığı nümayiş etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Merzin açıqlamaları onun mentalitetini və düşüncə xəttini əks etdirir.
RT Lavrovun sözlərini sitat gətirir: "Praktikada (Fridrix Merzin) etdiyi şey müharibəyə hazırlıqdır".
Nazir xatırladıb ki, Merz vəzifəyə başlayanda bir sıra cəsarətli açıqlamalar verib. Məsələn, o, hərbi xərclərə konstitusiya məhdudiyyətlərinin qaldırılmasını Almaniyanın "yenidən" Avropada əsas hərbi gücə çevriləcəyini söyləməklə əsaslandırıb.
Lavrov dəfələrlə Avropa liderləri qarşısında müharibə ritorikası məsələsini qaldırıb. Məsələn, 20 yanvarda nazir NATO liderlərinin Rusiya ilə müharibəyə açıq və ciddi şəkildə hazırlaşdığını bildirib.




Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər