Bütün xəbərlər
Zelenski: "Ərazi məsələsi rəhbərlik səviyyəsində danışıqlar olmadan həll edilə bilməz"
Tarix: 31-01-2026 21:20 | Bölmə: Manşet

Ukrayna münaqişəsinin ərazi məsələsi yalnız texniki qruplar tərəfindən həll edilə bilməz.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı Kiyev rejiminin rəhbəri Volodymyr Zelenski Radio Praqa Beynəlxalq radiosuna verdiyi müsahibədə verib.
O, həmçinin Kiyevin Rusiya və ABŞ ilə danışıqlara açıq olduğunu, lakin Avropa nümayəndələrinin iştirakında israr etdiyini iddia edir.
"Rəhbərlik səviyyəsində birbaşa əlaqə olmadan ərazi məsələləri üzrə razılığa gəlmək mümkün olmayacaq", - deyə, Zelenski bildirib.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ərazi məsələsinin Ukraynadakı münaqişənin həllində ən vacib amil olduğunu bildirmişdi.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər