Bütün xəbərlər
Tofiq Musayev bu tarixdə UFC-də döyüşə çıxacaq - Foto
Tarix: 30-01-2026 22:54 | Bölmə: Manşet

tofiq-musayev-bu-tarixde-ufc-de-doyuse-cixacaq


Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin UFC-dəki növbəti döyüşünün vaxtı məlum olub.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə insayder Leo Uolker Gimarayeş “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, idmançımız aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək “UFC Vegas 115” turniri çərçivəsində braziliyalı Samuel Sançeslə qarşılaşacaq.
Xatırladaq ki, 35 yaşlı Tofiq Musayevin Bakıda keçirilən “UFC Fight Night” turnirindəki debütü uğursuz alınmışdı. Həmin döyüşdə təmsilçimiz qırğızıstanlı Mıktıbek Orolbaya birinci raundda ağrıdıcı fəndlə məğlub olmuşdu.









Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər