21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
Vüqar Rəhimzadə: "Davos Forumu Azərbaycanın dünya siyasətində böyük rola malik olduğunun daha bir göstəricisidir"
Tarix: 29-01-2026 22:45 | Bölmə: Manşet

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-dan İsveçrə Konfederasiyasında səfərdədir. Yanvarın 19-da İsveçrənin Davos şəhərində öz işinə başlayan və yanvarın 23-dək davam edəcək 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirir. Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, iri şirkət rəhbərləri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıblar. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir.
Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda, beynəlxalq müstəvidə və cəmiyyət daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır. Prioritetlər çərçivəsində, həmçinin bərpaolunan, inklüziv, dairəvi və təbiətə əsaslanan iqtisadi modellər vasitəsilə uzunmüddətli rifahın təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətlər bir daha təsdiqləyir ki, innovasiyaların tətbiqi, müasir tələblərə cavab verən insan kapitalının formalaşdırılması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və sair gələcəyin əsas çağırışları kimi dəyərləndirilir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, əvvəlki forumlarda olduğu kimi, builki Forum çərçivəsində də Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi, panel iclasda çıxışı və görüşləri böyük maraq doğurur. Azərbaycanın təkmil inkişaf modeli, uğurla həyata keçirdiyi islahatlar, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, söz sahibliyi, iqtisadi imkanlarının yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açması mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkət rəhbərləri və media təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkanlar yaradır. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsini, daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləyir. Forum çərçivəsində Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərin say tərkibi Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında dünyanın aparıcı qlobal maliyyə institutlarının, nüfuzlu investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları, qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi. Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələr diqqətə çatdırıldı. Ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi yüksək dəyərləndirildi. Görüşlərdə, həmçinin Azərbaycanın bərpaolunan enerji sektorunda malik olduğu imkanlar və bu sahədə əməkdaşlıq da xüsusi diqqətdə oldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün çağırışının yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkələri, xalqları daha da sıx birləşdirir, yeni körpülərin qurulmasını şərtləndirir. Dünyanın enerji xəritəsini yenidən tərtib edən bu layihələr regional əməkdaşlığın coğrafiyasının genişləndirilərək beynəlxalq miqyas alması ilə müşayiət olunur. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsini, etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan hazırda davamlı inkişafa ilə diqqətdədir. Bu isə öz növbəsində regional əməkdaşlığın yeni prioritetlər üzrə genişləndirilməsini şərtləndirir. Bir mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, Azərbaycan beş il öncə tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Həmçinin 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etdi. Azərbaycan sülh gündəliyinin müəllifi kimi də dünyanın diqqətindədir. Daim regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərən və onu konkret addımları ilə təsdiqləyən Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifi ilə dünyanın diqqətində oldu. Sülh müqaviləsinin imzalanmasının ümumilikdə regionun inkişafına geniş imkanlar açacağını Azərbaycan ilk gündən əsaslı şəkildə diqqətə çatdırdı. Davosda keçirilən görüşlərdə, Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində, "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışında əsas diqqət göstərilən məsələ təbii ki, tarixi sülh razılaşması oldu. Sözügedən müsahibəsində “Davosda dünya liderləri ilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik. Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq etmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir” sualını cavablandırarkən Prezident İlham Əliyev bildirdi ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. İstər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Prezident İlham Əliyev bildirdi ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.
Millət vəkili bildirib ki, Azərbaycan hər zaman Dünya İqtisadi Forumunun toplantılarında diqqət mərkəzində olur. Təbii ki, buna əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və sair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 56-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəlidir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında bir sıra ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində dövlətlər arasında əlaqələrin inkişafında əsas faktorlardan olan iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bir daha diqqətə çatdırıldı. Dünya İqtisadi Forumunun növbəti sessiyası Azərbaycanın hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevə göstərilən böyük etimad, hər bir məsələdə ölkəmizin mövqeyinə verilən önəm səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapır. Hər bir toplantı Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifənin başlanğıcıdır. Prezident İlham Əliyevin hər il Forumun toplantıları çərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir bu olur ki, gələcək daha uğurlu olacaq.
Ölkəmiz hər zaman əməkdaşlığa, sülhə, birliyə, həmrəyliyə çağırışlar edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan qalib, bütövləşən Azərbaycanın mövqeyinə böyük ehtiyac var. 56-cı Dünya İqtisadi Forumu bunu bir daha təsdiqləyir.
Baxış sayı: 413
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.