21:38 / 28-01-2026
Quyuya düşən uşaq ölüb
Bütün xəbərlər
Peskov: "Zelenski Moskvaya danışıqlar üçün yeni dəvətə cavab verməyib"
Tarix: 29-01-2026 17:33 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kiyev rejiminin lideri Vladimir Zelenskidən danışıqlar üçün Moskvaya təkrar dəvətə cavab gəlməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskov jurnalistlərlə görüş zamanı məsələyə münasibət bildirib.
"Cavab verilməyib", - deyə, prezidentin mətbuat katibi bildirib.
Bir müddət əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdırsa, Moskvaya gələ bilər. O qeyd edib ki, Moskva heç vaxt Putinin Zelenski ilə görüşməsinə icazə verməkdən imtina etməyib. Uşakov həmçinin əlavə edib ki, Kiyev rejiminin lideri danışıqlarda iştirak edərsə, onun təhlükəsizliyini təmin edəcək.
Bu arada Peskov qeyd edib ki, Rusiya Putin və Zelenski arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli görüşlərin keçirildiyi Əbu-Dabidə deyil, Moskvada görüşdən danışır.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər