Bütün xəbərlər
Peskov: "Rusiya aktivlərinin 1 milyard dollarını "Sülh Şurası"na köçürmək ideyası yeni üfüqlər açacaq"
Tarix: 26-01-2026 16:51 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyanın 1 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərini "Sülh Şurası"na köçürmək təklifi əməkdaşlıq üçün yeni üfüqlər açır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun əlavə etdiyinə görə, Kreml Vaşinqtondan Moskvanın dondurulmuş aktivlərin bir hissəsini köçürmək təşəbbüsünə heç bir ictimai reaksiya eşitməyib.
"Bu, əlbəttə ki, əməkdaşlıq üçün yeni üfüqlər açır", - deyə, Peskov jurnalistlərə bildirib.
21 yanvarda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Rusiya lideri Vladimir Putin Moskvanın Qəzza Sülh Şurasına 1 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərini bağışlamağa hazır olduğunu açıqlayıb.Bu açıqlamanı şərh edən ABŞ prezidenti Donald Tramp "bu, çox maraqlıdır" qeyd edib.
Peskov əvvəllər ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin 5 milyard dollardan bir qədər az olduğunu bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər