Bütün xəbərlər
İlham Əliyev: "Azərbaycan və Ermənistan müharibə fəslini bağladılar"
Tarix: 20-01-2026 21:03 | Bölmə: Manşet

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü Bakı və Yerevanın hərbi əməliyyatlar dövrünə son qoyduğunu elan etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı Davosdakı çıxışı zamanı verdi.
Azərbaycan lideri bu açıqlamanı Dünya İqtisadi Forumunda "Avrasiyanın İqtisadi Kimliyinin Müəyyənləşdirilməsi" mövzusunda panel müzakirəsində verdi.
"Azərbaycan və Ermənistan müharibə fəslini bağlamaq qərarına gəldilər. Müharibənin davam etdirilməsi çox dəhşətli nəticələrə səbəb ola bilərdi", - deyə, İlham Əliyev bildirib.
Daha əvvəl, 8 avqustda, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra tərəflər gələcək sülh müqaviləsinin mətnini parafladılar. Sənəd iki ölkənin xarici işlər nazirləri tərəfindən razılaşdırılıb. Bundan əlavə, Ermənistan tərəfi ABŞ və digər tərəfdaşlarla "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsində birgə işləməyə hazır olduğunu bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər