Bütün xəbərlər
Lavrov: "NATO Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlaşır"
Tarix: 20-01-2026 13:09 | Bölmə: Manşet

NATO liderləri Rusiya ilə müharibəyə açıq və ciddi şəkildə hazırlaşırlar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu 2025-ci ildə Rusiyanın diplomatik fəaliyyətinin yekunlarını əks etdirən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Avropa liderlərinin açıqlamalarından irəli gəlir.
"(Avropa Diplomatiyasının rəhbəri) Kaja Kallas, (Avropa Komissiyasının prezidenti) Ursula fon der Leyen, (Almaniya kansleri) Fridrix Merts, (Böyük Britaniyanın Baş naziri Keyr) Starmer, (Fransa prezidenti Emmanuel) Makron, (NATO-nun baş katibi Mark) Rutte — onlar Rusiya Federasiyasına qarşı müharibəyə ciddi şəkildə hazırlaşırlar", - deyə, Lavrov bildirib.
15 yanvarda Rusiya prezidenti Vladimir Putin Moskvada açıq şəkildə verilən vədlərə zidd olaraq NATO-nun Rusiya sərhədlərinə doğru irəlilədiyini bildirib.Onun sözlərinə görə, bu cür hərəkətlər Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaratmaq məqsədi daşıyan qəsdən atılan addımdır.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər